lirik.web.id
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

lirik lagu flora kərimova - bağışla məni

Loading...

[bənd 1]
sevgilim, gözündə kindən, qəzəbdən
ildırım çaxsa da, bağışla məni
bu hicran çağında gözünün yaşı
qəlbinə axsa da, bağışla məni
günahım çoxsa da, bağışla məni
qəlbinə axsa da, bağışla məni
günahım çoxsa da, bağışla məni

[bənd 2]
dayağın, dostunam ağır anında
qanım dövran edir sənin qanında
gözəlim, sevgilim, əgər yanında
hörmətim yoxsa da, bağışla məni
günahım çoxsa da, bağışla məni
hörmətim yoxsa da, bağışla məni
günahım çoxsa da, bağışla məni

[bənd 3]
mən sənə könlümü vermişəm, canan
etmişəm canımı canına qurban
mən sənə könlümü vermişəm, canan
qurbanam telinə, o şirin dilinə
sevgilim, gözəlim, əgər yanında
hörmətim yoxsa da, bağışla məni
günahım çoxsa da, bağışla məni
hörmətim yoxsa da, bağışla məni
günahım çoxsa da, bağışla məni


Lirik lagu lainnya:

LIRIK YANG LAGI HITS MINGGU INI

Loading...