lirik.web.id
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

lirik lagu flora kərimova - ana

Loading...

[giriş]
bəs mənim laylam, ana?
öz laylan var sənin də
a qadan alım, yadımdan çıxıb
bir azca dayan, yadıma salım

işıq gəldi elə bil ananın gözlərinə
bir az da yuxu qatdı yuxulu sözlərinə
deməsə də laylasının yaşını
qucaqladı balasının başını

[bənd 1]
laylay dedim balama
il keçə, ay dolana
balam gedə yuxuya
başına ay dolana

[nəqərat]
yat, ulduz balam
qorxusuz balam
yat, qoçaq balam
yat, oyaq balam
yat, göyçək balam
mənim tək balam

yat, ulduz balam
qorxusuz balam
yat, qoçaq balam
yat, oyaq balam
yat, körpə quzum
şəkərim, duzum, yat
[keçid]
ceyran körpə ahuya
laylasını oxuya
canavarın balası
çoxdan gedib yuxuya

sayıram gecələri
təkləri, bircələri
sən də yat, çoxdan yatıb
turacın cücələri

yoruldunmu?
yox, yox, ana
qurban olum laylana
yenə söylə

[bənd 2]
çaylar dolu su gəlsin
elin arzusu gəlsin
laylay dedim balama
yatsın, yuxusu gəlsin

[nəqərat]
yat, ulduz balam
qorxusuz balam
yat, qoçaq balam
yat, oyaq balam
yat, göyçək balam
mənim tək balam
yat, ulduz balam
qorxusuz balam
yat, qoçaq balam
yat, oyaq balam
yat, körpə quzum
şəkərim, duzum, yat


Lirik lagu lainnya:

LIRIK YANG LAGI HITS MINGGU INI

Loading...