lirik lagu eqo - rep incəsənətdir
[bənd 1]
tutma məni bu qədər, çatıbdır vaxtım
artıq istədiyimi deyə bilərəm, boş qalıbdır taxtım
baxdım ki, üzünə bəlkə utanıb geri çəkiləsən
amma iş işdən keçib, bu günahı üzünə, gözünə yaxdın
hirslən, gəl qabağıma çıx, ya da get gizlən
bizdən biri ola bilmək üçün öncə düzlən
təpədən dırnağa kimi lap haqqa bürün
xeyri yoxdur, ayıra bilməyəcəksənsə əyrini düzdən
doldur silahını və tətiyi çək, göstər gücünü
hədəf ~ yalan, saxtakarlıq, şər
vur üçdə üçünü!
bu gün “rap”ə görə səni pis tanıyanların əqli məlum
əgər dərinliyinə getsək, çoxu tanımır özünü
üz verdiyimiz uşaq~muşaqlara saqqal çıxdı
özünü biznesmen göstərən oğraş baqqal çıxdı
gedib tula kimi ona~buna ancaq yaltaqlıq edənlərin
o qurd bildiyi bəzi adamlar çaqqal çıxdı
[skit 1]
başa düşdün nə demək istəyirəm? qayıtmalısan, sonra gec olacaq!
[bənd 2]
bu an başlaya bilərəm durmadan yerimdə
mənə pul tap, gedək studiyaya
yenə “track” yazaq, “verse” əlimdə
kirayə pulun hələ verməmişəm
yenə borclar yığışıb belimdə
bu “куртка”m düz 3 ildir əynimdədir
mənə danışma geyimdən!
sənə tay~tuşlarımdan deyim də
3 ulduz paqon çiyində, pul cibində
üst~baş təmiz ola bilər
amma yox azadlıq heç birində
elə buna görə, bax, fərq ortada
kim irəlidə, ya da kim geridə
mənə lazım olan şeyi çoxdan qazandım
artıq rahatam içimdə
hər gün daha çox problem
xarab olub artıq, брат, beyin
mənə “dost~tanış” yox, elə “qıraq” deyin
çünki mənə görə heç kəs “главный” deyil
nəyə görə pis şeyə salaq meyil?
“rap” bizə görə sənətdir, maraq deyil
saqqalımıza görə qorxmayın, ala!
bizim şalvarımız qısa balaq deyil
“man, “rap”i at, get pul dalınca qaç”
çox adam bu sözü mənə deyir
amma bilmir ki, ruhum daim musiqi
rap, hip~hop, “beat” tələb edir
mənə qulaq asan hər bir dinləyicim
bu istedadıma bələddir
nə qədər kobud olsa da, bunu hamı bilməlidir
rap incəsənətdir!
[skit 2]
indi sən başa düşdün mən nə demək istəyirəm? mən bеləyəm və rap incəsənətdir!
Lirik lagu lainnya:
- lirik lagu chestburster - the sun walked in
- lirik lagu morphine - bye bye johnny
- lirik lagu mala (digital mystikz) - cunumicita
- lirik lagu landro - sadder days
- lirik lagu johnyboy - я в этом деле псих (i'm crazy about this)
- lirik lagu kasino (bra) - see you again
- lirik lagu lovezombie - i'm ashamed of my mindstate
- lirik lagu drippin so pretty - 2 princes
- lirik lagu corday - better reason
- lirik lagu expeão - terapia de choke