lirik.web.id
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

lirik lagu elşad xose - müqəssir

Loading...

[bənd 1]
sən zamanın axarına düşən qayıq
mən sevgidə sərxoş, sən ayıq
sən qış yuxusuna gedən ayı
mən həzin sentyabr, sən dəli mart ayı
sən elə bil ki mənim özümə aid olan
keçdiyim çətinliyə yeganə şahid olan
həyatıma tam bələd, tam xəbərdar
tək sən bilirsən, mənim içimdə nələr var

bir mən otağımda, bir də yaş balış
göz yaşlarımı gizlədərdi kaş yağış
mən dözərdim hər əzaba, amma çox heyif
bu sənin uğrunda uduzduğum ilk yarış
hamı sənə verir elə~belə məsləhət
hamı deyir: “sənə deyil axı qız qəhət”
yaxın ola biləcəyimizə var səbəb
heç bir kəsin görə bilmədiyi bir cəhət

[nəqərat]
sən mənimçün mənim qəlbimdə nömrə bir
mən özümçün indi, sən özünçün müstəqil
məni boğur hər an şübhələr, üstəgəl
sənin gözlərindən baxan o müqəssir

sən mənimçün mənim qəlbimdə nömrə bir
mən özümçün indi, sən özünçün müstəqil
məni boğur hər an şübhələr, üstəgəl
sənin gözlərindən baxan o müqəssir
[bənd 2]
ötdü gün, sona yetdi gün
həftə getdi, ay və il, bitdi gün
düşdü ay xəzər üzərinə, itdi gün
belə itkilərin yası yeddi gün
biri şən avazlı, biri ciddi gün
biri ağ palazlı, biri bitdi gün
məni soyutdu həsrət şüaları
səni ovcuna alıb isitdi gün

necə bəsitdir gün, eyni hadisələr
yaşanan kimi silinir hafizədən
sonsuz suallar, mübahisələr
nə qədər olar təsəlli ~ “əşi, düzələr”?!
boş gümanların da öz xeyri var
xoş yalanların da öz xeyri var
güvəndiyim dağlara yağdı qar
kimə indi göstərək etibar?!

qəlbim dolu sevgi piyaləsi
dərdimə tək həmdəm, tək ortaq
mən içirəm eşq əzabından
sənin sağlığına ağlaraq ancaq
mən buludam, əgər boşalsam
göz yaşlarınız leysanla yağar
mən sükutam, əgər danışsam
sirkələnər dağlar, daşlar, qayalar
bulanıq röyalar gözlərimdə əks olunur
yalnız rəngsiz boyalar
inanan inanar, inanmayan
qəflət yuxusundan bir gün oyanar
dayanar haqq qabağında
lal, susqun, hal üzgün, göz yumulu
üz təbəssüm arzusunda
ülgüc əlində, göz yumulur

[çıxış]
mənim qəlbimdə nömrə bir
müstəqil

sən mənimçün mənim qəlbimdə nömrə bir
sən mənimçün mənim qəlbimdə nömrə bir

qəlbində nömrə bir
sənin gözlərindən baxan o müqəssir

zamanın axarına düşən qayıq
mən sevgidə sərxoş, sən ayıq
sən qış
sənin gözlərindən baxan o müqəssir


Lirik lagu lainnya:

LIRIK YANG LAGI HITS MINGGU INI

Loading...