
lirik lagu elşad xose - manifest
[giriş]
çəkilib incə hərə bir küncə
çəkilib incə hərə bir küncə
[bənd 1]
sınan güzgüyəm, dağılan duz
odsuz tüstüyəm, əriyən buz
düşən çəngələm, düşənə əngələm
düşünür qələm hələ, düşünürəm, gələm
fikir verirəm ki, çox fikir edirəm
fikir verirəm ki, biri iki edirəm
bəlkə fikirlərdə təkəm, fikirlərdə tək əl
tikə~tikə quraq, təki verək yekə tikə
deyiləm iki üz, iki sifət
iki isim, iki feil, iki sifət
iki göz, iki söz, ikili vəd
iki gün, iki gül, iki niyyət
nə qədər eləsələr də filfilo
sən salma lo, sən solma, ol
sən olma sağ, sən olma sol
biz olmasaq, bil, olmaz o
[nəqərat]
elə ora qov, bura qov
qova~qova elə bil ki bu da ov
elə ona qon, buna qon
qona~qona ona~buna, bu, nə son?!
elə ora qaç, bura qaç
qaça~qaça bağlı qapıları aç
elə onu sanc, bunu sanc
sancaqları taxa~taxa nə inanc?!
(çəkilib incə hərə bir küncə)
[bənd 2]
ədəbi dildir bu əbədi, bil
əbədi dilsə su, dibi də lil
dibi də lildirsə, bu da dəlil
əsəbidirsə bu, bu da dəli
hələ biz, hərəmiz, hərə bir iz
hələ biz bir yana, hərə bir biz
hələ biz, gərək ki, qərəzsiz
hərəmizin gərəyimiz elə biz
təmiz, heyrətamiz və bariz
nümunəmiz var və varis
ibrətamiz, mübariz
mübarizdən bizə qalan irs
[nəqərat]
elə ora qov, bura qov
qova~qova elə bil ki bu da ov
elə ona qon, buna qon
qona~qona ona~buna, bu, nə son?!
elə ora qaç, bura qaç
qaça~qaça bağlı qapıları aç
elə onu sanc, bunu sanc
sancaqları taxa~taxa nə inanc?!
Lirik lagu lainnya:
- lirik lagu welay - бали (bali)
- lirik lagu tonee marino - im hamar es
- lirik lagu lea x linda - kaputt
- lirik lagu el charrito negro - pero te vas a arrepentir
- lirik lagu wealthmasta - wanna slide
- lirik lagu pold (deu) - glitter
- lirik lagu southside upti - gyal clown
- lirik lagu megamello617 - не для тебя
- lirik lagu big boss vette - i look like
- lirik lagu dxseo & bryze - long day long way