lirik.web.id
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

lirik lagu elnur valeh - dənizlər pərisi

Loading...

[ bənd 1 ]
zəngin ailənin ərköyün qızına, tələbə illərində rast gəldim
elə ki, gözlərində boğdu məni, nədi sevmək o zaman öyrəndim
nə zaman eyni dərsdə olsaq əgər, ona baxmaqla keçirdi hər anım
sanıb şirin yuxu gördüklərimi istəmirdim bu xəyaldan oyanım

[ nəqərat ]
bir təsadüf nəticəsində tanışlıq elədik
əvvəlcə mesajlaşıb sonra görüşdük xəlvət
ikimiz də hər şeyi bir yana qoyduq hələlik
başladıq sevgi oyunu oynamağa bir müddət

bir nağıl oldu bizim sevgi adlı məcaramız
mən qərib bir aşiq o isə dənizlər pərisi
təzəcə dalğalara sərmiş idim tellərini
onu məndən qoparıb aldı ayrılıq gəmisi

[ bənd 2 ]
məni qısqandırmaq üçün dərsdə qrup oğlanları ilə danışardı
görürdü susmağını istəyirəm “sənə de nə lazımdı” soruşardı
tənəffüs oldu ki, sözsüz~şübhəsiz olardı dava~dalaş, söz~söhbət
ged~gedə güclənirdi hisslərimiz, ged~gedə ciddiləşirdi vəziyyət

[ nəqərat ]
elə sevdim ki, onu mən elə bağlandım ona
ruhumu~cismimi təslim elədim varlığına
o da sevmişdi məni gözlərindən oxuyurdum
qovuşmaq istəyəndə saldı inadkarlığına
onun da özünə görə əsaslı idi səbəbləri
nə qədər yalvardım dinləmədi, tərk etdi
sevərək qovuşarlar biz isə sevib ayrıldıq
hər nağıltək bu nağıl da bitəcəkdi bitdi

bir nağıl oldu bizim sevgi adlı məcaramız
mən qərib bir aşiq o isə dənizlər pərisi
təzəcə dalğalara sərmiş idim tellərini
onu məndən qoparıb aldı ayrılıq gəmisi


Lirik lagu lainnya:

LIRIK YANG LAGI HITS MINGGU INI

Loading...