lirik lagu elnarə xəlilova - səndən sonra
[bənd 1]
bu ayrılıq qoymadi ki, üz gülə
qara saçlar yerin verdi ağ telə
xatirələr qəlbi sızladır hələ
səndən sonra sevə bilmir bu ürək
gözləməkdən saralıb gözlərim
qaldı sənə deyiləsi sözlərim
talehimə həkk olunub izlərin
səndən sonra sevə bilmir bu ürək
[nəqərat]
dincliyini sən ki, mənlə tapardın
nəyim vardı sən özünlə apardın
ürəyimin tellərini qopardın
səndən sonra sevə bilmir bu ürək
sən ki, yoxsan, həyat zülmət görünür
yer də, göy də bu zülmətə bürünür
nə olsun ki, dayanmayıb, döyünür
səndən sonra sevə bilmir bu ürək
[bənd 2]
sənsizlikdə danışmıram, gülmürəm
kədərimi bir kimsə ilə bölmürəm
bu nə sirdir heç özüm də bilmirəm
səndən sonra sevə bilmir bu ürək
kipriklərim gecə gündüz yaş olur
bahar çağım payız olur, qış olur
sənsizliyim ürəyimə daş olur
səndən sonra sevə bilmir bu ürək
[nəqərat]
dincliyini sən ki, mənlə tapardın
neyim vardı sən özünlə apardın
ürəyimin tellərini qopardın
səndən sonra sevə bilmir bu ürək
sən ki, yoxsan, həyat zülmət görünür
yer də, göy də bu zülmətə bürünür
nə olsun ki, dayanmayıb, döyünür
səndən sonra sevə bilmir bu ürək
Lirik lagu lainnya:
- lirik lagu jae fiend (toucanxan) - die with a brick
- lirik lagu алсу (alsou) - за тобой (za toboy)
- lirik lagu teen in times (時代少年團) - boyness (少年美)
- lirik lagu pateko (파테코) - pray on sunday
- lirik lagu devon culture - fears
- lirik lagu significantly - what can i say?
- lirik lagu luke james - no abus
- lirik lagu epr iyer - yeh bata (bella ciao)
- lirik lagu cameron hawthorn - road trip
- lirik lagu neet (neet) - i can't breathe