lirik.web.id
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

lirik lagu elmira ələkbərzadə - darıxacaqsan

Loading...

[bənd 1]
bu eşqin boynuna sən ləkə atma
sağalmaz yarama dəymə, qanatma
ayrılıb gedirsən, amma unutma
bir zaman sən mənsiz darıxacaqsan

sevgilər yarıda qoyacaq səni
mənsizlik həsrəti yaracaq səni
şirin xatirələr boğacaq səni
o zaman sən mənsiz darıxacaqsan

[nəqərat]
gözlərin, kirpiyin yaş qaldıracaq
ümidin bağrına daş qaldıracaq
başında ağrılar baş qaldıracaq
o zaman sən mənsiz darıxacaqsan

gözlərin, kirpiyin yaş qaldıracaq
ümidin bağrına daş qaldıracaq
başında ağrılar baş qaldıracaq
o zaman sən mənsiz darıxacaqsan

[bənd 2]
ürəyə dönəcək sinəndə daşın
axacaq üzünə gözündən yaşın
yalan sevdalardan ayrılar başın
o zaman sən mənsiz darıxacaqsan
üstünə düşəcək həsrət kölgəsi
səni incidəcək qəlbinin səsi
əlimdən tutanda bir yad, özgəsi
o zaman sən məni axtaracaqsan

[nəqərat]
gözlərin, kirpiyin yaş qaldıracaq
ümidin bağrına daş qaldıracaq
başında ağrılar baş qaldıracaq
o zaman sən mənsiz darıxacaqsan

gözlərin, kirpiyin yaş qaldıracaq
ümidin bağrına daş qaldıracaq
başında ağrılar baş qaldıracaq
o zaman sən mənsiz darıxacaqsan

o zaman sən mənsiz
(sən mənsiz, sən mənsiz)
darıxacaqsan


Lirik lagu lainnya:

LIRIK YANG LAGI HITS MINGGU INI

Loading...