lirik.web.id
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

lirik lagu eldar mansurov & əli mirəliyev - mən bildim bunu

Loading...

[bənd 1]
sənə əzablarım agah olmadı
əzablı sevginin yetərmi sonu?
qəlbim alovlandı, haray salmadı
bir tanrım, bir də ki, mən bildim bunu

dərdlərim üst~üstə yığılır, qalır
yüngüllər sovrulur, ağırlar qalır
sevgilər çəkilir, ağrılar qalır
bir ağrım, bir də ki, mən bildim bunu

[nəqərat]
gözlərim rəsmindən ümid dilədi
baxışın üzümə qəzəb çilədi
sevginin axırı hər vaxt belədir
bir şəklin, bir də ki, mən bildim bunu

[bənd 2]
gəlmədi illərlə gözlədiklərim
həsrətlə boylanıb izlədiklərim
nə oldu içimdə gizlədiklərim?
bir ömür, bir də ki, mən bildim bunu

sən məndən ayrıldın gör nəyin üstündə
bir dəfə bir gülə gülməyin üstündə
məhv etdin dərdindən ölməyin üstündə
bir ölüm, bir də ki, mən bildim bunu
[nəqərat]
gözlərim rəsmindən ümid dilədi
baxışın üzümə qəzəb çilədi
sevginin axırı hər vaxt belədir
bir şəklin, bir də ki, mən bildim bunu

[keçid]
dərdlərim üst~üstə yığılır, qalır
yüngüllər sovrulur, ağırlar qalır
sevgilər çəkilir, ağrılar qalır
bir ağrım, bir də ki, mən bildim bunu

[nəqərat]
gözlərim rəsmindən ümid dilədi
baxışın üzümə qəzəb çilədi
sevginin axırı hər vaxt belədir
bir şəklin, bir də ki, mən bildim bunu

gözlərim rəsmindən ümid dilədi
baxışın üzümə qəzəb çilədi
sevginin axırı hər vaxt belədir
bir şəklin, bir də ki, mən bildim bunu


Lirik lagu lainnya:

LIRIK YANG LAGI HITS MINGGU INI

Loading...