lirik.web.id
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

lirik lagu elçin cəfərov - millətəm

Loading...

[bənd 1]
mənim yoluma bax, əzəldən haqdır
haqqı gücsüz bilib gülmək günahdır
gələcək cəzanı çəkməyin vaxtı
hesabı axırda kəsən millətəm

düzmə qabağıma çopur daşları
səsləsəm, dikələr dağ qardaşlarım
istəsən, tarixi bir də başlaram
mən durğun həyatdan bezən millətəm

[nəqərat]
çəkil torpağımdan, ey yağı düşmən
mən şeytanın ümidini üzən millətəm
dünyanı üstümə qaldırdın, yetər
dünyanın dərdinə dözən millətəm

çəkil torpağımdan, ey yağı düşmən
mən şeytanın ümidini üzən millətəm
dünyanı üstümə qaldırdın, yetər
dünyanın dərdinə dözən millətəm
bu dünyanın dərdinə dözən millətəm

[keçid]
tarix bizə pay ayırıb
odlar yurdu, gözəl vətən
damarımda qanım coşur
azərbaycan kəlməsindən
dahilərin ölməz eşqi
milyonların dodağında
biz gedirik gələcəyə
istiqlalın sorağında

yağı düşmən tarix boyu
tor qurubdur millətimə
əl atıbdır, göz dikibdir
göydən gələn qüdrətimə

min illərlə yanan ocaq
hər ruzigara sönən deyil
azadlığa könül verən
bu sevdadan dönən deyil

azadlığa könül verən
bu sevdadan dönən deyil
azadlığa könül verən
bu sevdadan dönən deyil

[bənd 2]
babaların igid ruhu dirildi
ömür bizə vətən üçün verildi
qisas deyir türk yaddaşı ~ şanımız
qurban getsək, halal olsun qanımız
o qansızdan öcümüzü almasaq
vətən bizi oğul deyib öyməsin
dur, qardaşım, silahımız qeyrətdir
cənnət yurda iblis əli dəyməsin

[nəqərat]
çəkil torpağımdan, ey yağı düşmən
mən şeytanın ümidini üzən millətəm
dünyanı üstümə qaldırdın, yetər
dünyanın dərdinə dözən millətəm

çəkil torpağımdan, ey yağı düşmən
mən şeytanın ümidini üzən millətəm
dünyanı üstümə qaldırdın, yetər
dünyanın dərdinə dözən millətəm
bu dünyanın dərdinə dözən millətəm
düşmənin bağrını yaran millətəm


Lirik lagu lainnya:

LIRIK YANG LAGI HITS MINGGU INI

Loading...