
lirik lagu dəyirman - n.e.x.t
[giriş]
ey~yo, bizdən qabaq bunu deyən olmayıb
həri, olmayıb
amma bizdən sonra olacaq
yaxın durun, görək, başımıza nə çarə qılırıq
tut, gəldi
[bənd 1]
“next step” – növbəti addım
üç~dörd, iki~bir, addımbaaddım
“stop”, çatdım, yox, hələ qaldım
bir neçə səhifədə pozulub hərfim
həyatımda çox addım atdım
daddım, qatdım, hərəyə çatdırdım sözümüzü
açın gözünüzü, görün, 4 nəfər
neçə ildir, alır könlünüzü
neçə mikrofon isinib nəfəsimizlə
neçə kəlmə deyilib dilimizlə
“next text”, “barama mama”
kim çəkir siqaret, kim siqara
yenə də mən, yenə də meydan
yenə də n.e.x.t, növbəti məqam
yenə də biz, yenə də sən
yenə də səs, yenidən dəyirman
[nəqərat]
yolumuzun bir hissəsi geridədir
amma bilmək olmur, məsələ nə yerdədir
kimdir “next”, kimdədir “next”?
[keçid]
həyatımın günü, biri acı, biri şirin
biri varsa, yoxdur biri
həvəs ölüb, özüm diri
həvəs ölüb, özüm diri
[bənd 2]
“next” sərnişin, “next” dayanacaq
həyatın “next” yuxusundan kim oyanacaq?
kim tanınacaq?
görəsən, sonra bizi yenə kim qınayacaq?
de, de?
“next” dost, “next” səhv
“next” tutulmaq, “next” əfv
“next” musiqi, “next” layihə
“next” efirimiz, “next” qafiyə
“next” bir mövzu, next bir mətn
“next” cinayət, “next” bir qətl
“nеxt” bir peyda, “next” bir ulduz
şəkər kimi söz oldu sanki duz
[nəqərat]
yolumuzun bir hissəsi geridədir
amma bilmək olmur, məsələ nə yеrdədir
kimdir “next”, kimdədir“next”?
[bənd 3]
məsələ nə yerdədir, nə də ki göydədir
heç yerdədir, bu millətin marağı başqa şeydədir
sabah nə dəbdədir (“next”)
kim kimlə ərdədir (“next, next”)
indi kim növbədədir?
ey, sözümü bitirməmiş heç yerə gedən deyiləm
adətən məndən soruşanda: “nə çəkirsən”?
deyirəm, siqaret, vətən dərdini
vicdan əzabı, əziyyət, xəcalət çəkirəm
pis əməllərdən əl çəkirəm
yaxşı insanlara baş çəkirəm
avtoqraf, qol çəkirəm, xətt çəkirəm, əncam çəkirəm
hərdən şəklini çəkirəm, klip, kino
sözlərini çək, gör neçə oldu kilo?
o~o, siz güləşirsiniz, mən isə söz güləşdirirəm
siz uydurursunuz, mən isə səhnələşdirirəm
əsəbləşdirirəm? onda tez buranı tərk elə
dərk elə, ərkin çatana ərk elə, bax belə!
Lirik lagu lainnya:
- lirik lagu jk | johan kurniawan - teroris teriak teroris
- lirik lagu sterna peyote - órbita
- lirik lagu cairo snow fpto - vibes
- lirik lagu alpynereach - lifestyle
- lirik lagu bad apples - i wish you would
- lirik lagu banda los sebastianes de saúl plata & los bisnietos - atrévete a olvidarme
- lirik lagu the band - it makes no difference (concert version)
- lirik lagu iku the kid - calunga
- lirik lagu phuwin - รักก็คือรัก (no doubt)
- lirik lagu nathaniel rateliff & the night sweats - late night party (demo)