lirik.web.id
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

lirik lagu dəyirman - həsr olunur

Loading...

[bənd 1]
qoy hamıya çatsın indi dediyim sözlərim
şərqdən qərbə kimi uçsun, parçalansın
canlara dəyən oğlanlara çatsın kəlamım
sizlərə həsr olunur söhbətim

indi kimsə uzaqda, kimsə yanımda
kimsə içəridə yatır qeyrət üstündə
ürəyinizi sıxmayın, bu bir həyatdır
qapalı olsaz da, qəlbiniz azaddır

nə çox namus satılıb indiyə kimi
qram qızıla görə bir kilo meyvə kimi
həyat tez~tez çəkir imtahanlara bizi
zaman tələbkar müəllimdir, incidir bizi

kimisi diz üstdə qiymət alır arabir
yaxın adam murdar çıxır, gözündən yaş axır
sən ki sınmırsan, sanki sipərsən, dartınırsan
qalxırsan, sonra davam edirsən

haqqı haqq, batili batil görməyə çalışırsan
çəkinmə, əlimdən tut, gəl gedək mənimlə
bizlər indi azlıq təşkil edir, ərinmə
hansılar satmır, satılmır, düz üstdə çökmür
sınmır, vətənin adını batırmır
eləsi var, eləsi bizik, nədir, azıq?
eybi yox, gün gələr, inşallah, çoxalarıq
nə qədər ki varıq, düzünü deyib haqq qazanarıq
yadda qalarıq
[nəqərat]
həsr olunur canlara dəyən oğlanlara
həsr olunur, həsr olunur
həsr olunur canlara dəyən oğlanlara
həsr olunur diz çökməyən oğullara
həsr olunur bizə dərs deyən atalara
həsr olunur, həsr olunur

[bənd 2]
adam tanıyıram: görsə ki, ağlayıram
ağrıyıram, gözlərimi bərk bağlayıram
güclə saxlayıram özümü
deyər mənə öz təsəlli sözünü
səhərə kimi qırpmaz gözünü
düzünü, belə adam indi azdır ətrafımızda
bəlkə də, heç qalmayıb
qalsa da, ancaq yaddaşımızda
həmişə mənim yadımda olan adlardan biri
sizdən yaxşı olmasın, dostum miri

adam tanıyıram: bilsə ki, yenə zibilə düşdüm
soruşmayacaq, necə oldu və kimlə düşdüm
gecə saat üçdür və ya dörddür, haradasa
mənə cəmi bir sual verər: “haradasan? gəlirəm”
gələcək, bilirəm, bu yerdə şübhələri silirəm
çünki əsl dostumu gözləyirəm
deyirəm ki, biləsiniz, belə insanlar hələ var
onlardan biri – dostum anar
adam tanıyıram: eşitsə ki, şayiələr gəzir
mənim haqqımda çoxlu pis söhbətlər gəzir
aldanmaz deyilən hər sözə
inanmaz qabağına çıxan hər üzə
birliyimizə zərər vurmaq istəyənlər
“indiki zəmanədə dost yoxdur”,~deyənlər
bilin, eşitdiyiniz hər sözümə şərik
indi yanımda duran dostum abd malik

[nəqərat]
həsr olunur canlara dəyən oğlanlara
həsr olunur diz çökməyən oğullara
həsr olunur bizə dərs deyən atalara
həsr olunur, həsr olunur

həsr olunur canlara dəyən oğlanlara
həsr olunur diz çökməyən oğullara
həsr olunur bizə dərs deyən atalara
həsr olunur, həsr olunur


Lirik lagu lainnya:

LIRIK YANG LAGI HITS MINGGU INI

Loading...