lirik.web.id
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

lirik lagu dəyirman - geydirmə

Loading...

[nəqərat]
gəl məni al, gəl məni al
geydirmə mal, geydirmə mal
vacib deyil, vacib deyil
orijinal, orijinal

gəl məni al, gəl məni al
geydirmə mal, geydirmə mal
vacib deyil, vacib deyil
orijinal, orijinal

[bənd 1]
göyə barmağım dəyir, ulduzu qıdıqlayır
kimsə torbamı tikir, fikir adamı aha, aha, aha
siz onu bilirsiniz, kim birincidir
kim indi efirdir, kim torba tikirdi
əsl sənətkar səhnə sahibidir
səsimə xod ver, kim mənlə razıdır

bu günə kimi çoxusun ağzında qalıb “sous”un dadı
çox adamın həyatında bu resept böyük rol oynadı
repdə keyfiyyət itib, qalıb quru adı
ucuz ətin şorbası yenə qaynadı

qaydaları pozma səhnə hərəkətində
bu gün inspektor mənəm, əlin olsun cibində
bil ki, bir sezonluq manısların rəngi tez solur
yaxşı oğlanın dabanı bizdən tez qopur
“дерматин” xanımları verdikcə çat xarab olur
gözlə, gözdə~qulaqda ol, geydirmələr dolur
həri, hər şeydə fasifikasiya
bizə mütləq lazımdır klassifikasiya
bəlkə, hər şeyi ataq k~n~lizasiya?
ya sensasiya, xeyriyyə, aksiya

ailədə gedirsə kreslo davası
gec~tez çalınır havası
nə qədər sala bilirsə, qiymətdə sal onu
zəmanət verə bilməz ona mebel salonu

[nəqərat]
gəl məni al, gəl məni al
geydirmə mal, geydirmə mal
vacib deyil, vacib deyil
orijinal, orijinal

gəl məni al, gəl məni al
geydirmə mal, geydirmə mal
vacib deyil, vacib deyil
orijinal, orijinal

[bənd 2]
təzələr də o qədərdir indi
biri rep, biri “pop” deyir, qəlizdir
hər yerdə, hər işdə geydirmə
əhatə edib bizi, sizi hər tərəfdə
orijinalı geydirmədən seçməyənə kimi
bəlkə də, sözüm razı salar hər kimi, həm kimi
vətəninizin keşiyində dururuq bir nəfər kimi
hamı hanı, geydirmələr basıb hər yanı?
nədir, maraqlıdır? bu saat sayaram, təki çat mənə
tez elə, barmağını qatla
geydirmə qırmızı diplomların içində
geydirmə diktorlarımızın kostyumlarında
geydirmə bəzi yaxşı oğlanların hərəkətində
təzə çıxan repçilərimizin dilində

“stop”! qızıl vaxtımızı ölçürük geydirmə saatla
ölüyə quran oxutdururuq hələ ki manatla
geydirmə molla keçmişi oğru
var koroğlu, var sadəcə kor kişinin oğlu

yalan~doğru bizdə də var yerli mal
hərəsi bir şey deyir: onu alma, məni al
elə ki dəyirmanın hər sözü bir güllə qədərdir
burada isə sizin reklamınız ola bilərdi, “вот”

[nəqərat]
gəl məni al
geydirmə mal
vacib deyil orijinal

gəl məni al
geydirmə mal
vacib deyil orijinal
orijinal


Lirik lagu lainnya:

LIRIK YANG LAGI HITS MINGGU INI

Loading...