lirik lagu dəyirman - gəlmədin
[giriş: dəyirman]
hey, sən yenə gəlmədin!
sanki, hər şey nağıl idi
artıq dözəmmirəm
əzilib sınmışam
ikimiz qaldıq
bir mən
bir də röya
[nəqərat: röya]
gəlmədin, sevgilim
gəlmədin yanıma
tutmadın qolumdan
çəkmədin yanına
gəlmədin, sevgilim
gəlmədin yuxuma
qoxlayıb telimi
almadın yanına
[bənd 1: dəyirman]
mənə deyir
sən gəlmədin, səsləmədin
sən gözləmədin məni
günahkar tək sən idin
cəhd eləmədin
sən çağırmadın məni
nə çox fürsət əldən getdi
nə çox sözlər deyilmədi
nə çox yara sağalmadı
sən gedib bir də gəlmədin
sən gedib bir də gəlmədin
mən gəlib bir də görmədm
bir də çönmədim
bir də son sözlər çəkildi
ümidim söndü, ürəyim sönmədi
olanımı verdim
qalanımı qurban etdim, yerə endim
özün seçdiyin yola
mən gedib bir də gəlmədim, bir də gəlmədim
[nəqərat: röya – dəyirman]
gəlmədin (gələ bilmədim)
sevgilim (sevgilim)
gəlmədin (gələ bilmədim)
yanıma (yanıma)
tutmadın (tuta bilmədim)
qolumdan (qolundan)
çəkmədin (çəkə bilmədim)
yanına (yanıma)
gəlmədin (gələ bilmədim)
sevgilim (sevgilim)
gəlmədin (gələ bilmədim)
yuxuma (yuxuma)
qoxlayıb (qoxlayıb) telimi
almadın (ala bilmədim)
yanına (yanıma)
[bənd 2: dəyirman]
röya yoxdur
var uydurma
hələ də sənə çatmadı
həyatımız şou, qurma
haralara bizi atmadı?
son görüş, vida
gələcək qida
beyninə yaz, sağollaşaq
sonra, dala~qabağa fırlat kasseti
bir, bir
bir də bax!
10 il keçdi üstündən
gəlmədi yaş gözündən
görünür üzündən
bəsdir, çıxma özündən
bir ara yığışıb gəlirdim
sən öl
yarı yoldan qayıtdım
sanki qaranlığa atılırdı
hər atdığım
addım~addım
səninlə bir saat qalmaq istərdim
qorxuram, gecəyə qalaram
sənə düzünü demək istərdim
qorxuram, günahkar olaram
dediyim hər sözümlə
hər bir hərəkətimlə
xətrinə dəymədim
bu gecə məni gözləmə, canım
çünki bəlkə gəlmədim
elə də oldu
bu doğruldu
mən yenə də təkəm
bizdə heç nə alınmadı, bilmirəm nə əcəb?
sən mənim röyam deyilsən bəlkə?
mənə deyirdin ki, gəl danış
özünsə nədənsə gözləmədin
nə deyim e sənə
aləm ayılıb
sənsə hələ də özünə gəlmədin!
[nəqərat: röya – dəyirman]
gəlmədin (gələ bilmədim)
sevgilim (sevgilim)
gəlmədin (gələ bilmədim)
yanıma (yanıma)
tutmadın (tuta bilmədim)
qolumdan (qolundan)
çəkmədin (çəkə bilmədim)
yanına (yanıma)
gəlmədin (gələ bilmədim)
sevgilim (sevgilim)
gəlmədin (gələ bilmədim)
yuxuma (yuxuma)
qoxlayıb (qoxlayıb) telimi
almadın (ala bilmədim)
yanına (yanıma)
[bənd 3: dəyirman]
gəlmədin, gəlmədin
mən ki, ömür boyu gözləyirdim
bilmədin
bilmədin ki, röyamızı özün dağıtdın
gec oldu, gec oldu
illər, aylar, günlər
güllər soldu
puç oldu, puç oldu hər şey
geriyə yolumuz yoxdur
nə edim, nə edim
sən yenə gəlmədin?
[dəyirman ~ röya]
nə dedim
nə dedim ki, geri dönmədin?
nə olar, nə olar
bunlar unudular
küləksiz dəyirman
röyasız yuxuya dönər
nə edim, nə edim
sən yenə gəlmədin?
nə dedim
nə dedim ki, geri dönmədin?
nə olar, nə olar
bunlar unudular
küləksiz dəyirman
röyasız yuxuya dönər
[nəqərat: röya – dəyirman]
gəlmədin (nə edim?)
sevgilim (gəlmədin)
gəlmədin (nə dedim?)
yuxuma (gəlmədin)
qoxlayıb (nə olar!) telimi (unudular)
küləksiz dəyirman
röyasız yuxuya dönər
gəlmədin, sevgilim
gəlmədin yuxuma
qoxlayıb telimi
almadın yanına
yanına…
yanına…
yanına…
Lirik lagu lainnya:
- lirik lagu francisco fontes - vagabundos
- lirik lagu arvingarna - fôrlorad i dig
- lirik lagu davidcrypt - awesome cool october 14 freestyle part 1
- lirik lagu avan gra - djs bboys e writers
- lirik lagu by pg - 水 (mizu)
- lirik lagu sak (group name) - i can fly
- lirik lagu redwlf - ghost
- lirik lagu (a) isai gracida - yo te deseo
- lirik lagu sara deop - make you say
- lirik lagu rak-su & lenny loso - statement