lirik.web.id
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

lirik lagu dəyirman - bas-a-bas (explicit)

Loading...

[giriş]
dəyirman və klan~a~plan
maşallah, gör neçə nəfərik
bir, iki, üç, dörd, beş, altı
bir az mehribanlaşın

[bənd 1]
bir az mehribanlaşın
yer hamıya çatacaq inşallah
nədir, publika soyuqdur?
qızışacaq inşallah

maşallah, gör necə gözəl şəhərimiz var bizim
millət əlindən nə gecəmiz, nə səhərimiz var bizim
ayaq basmağa yer yoxdur, bəlkə göylə gedək
qanadlarını açıb qartal kimi hərəkət edin

növbəsini gözləyən ac qalır, indi o kəs toxdur
kim ki, kim ki, kim ki özünü birinci soxdu
heç kəsi gözləmə, ciblərini gözlə
bu basabasda kimdir, e, mənə zəng vuran, gözlə

bəzən 11 nömrədir ən yaxşı “transport”
gecədən növbə tutmamaq üçün xarici pasport
“export, import”, hamı gedib, biz qalmışıq
bu ölkənin dərdindən bərk yapışmışıq
çətin ki, kimsə məni vətəndən ayıra
ya basabas, ya da ki bayıra
[bənd 2]
basabas liftdə, ha belə müftə
hər bir həftə hamı kefdə
basabas işdə, kafedə, evdə
basabas “pop”da, milli repdə
basabas iş gör, işlə, “şiş” gör
bası basdalamağı vərdiş gör
toyda “bass” tutmaq istəsən
get əvvəlcə sən rəmiş gör

arabir düş gör, kasıba et tamaşa
tapdalanmış hüquqlardan kimlər nə danışa?
var alışan təpiklərə, təki çıxmasın canı
onsuz da tapdalanıb torpağımın bir yanı

vəzifə uğrunda bu gün külli basabas
namizədlərimiz, maşallah, nə çox, nə də ki az
basabasla artıbdır plakatlarımızın sayı
divarlarımızın da bu gün çıxıbdır, vallah, zayı

[nəqərat]
dar yerdə çatmır nəfəs
ürəyim vurur əbəs
dinmir ki indi sərbəst
hər bir yerdə basabasdır
dar yerdə çatmır nəfəs
ürəyim vurur əbəs
dinmir ki indi sərbəst
hər bir yerdə basabasdır

[bənd 3]
salam, basabas, salam, dəyirman
özüm “boss”, ailəm isə klan~a~plan
basabasdır bu gün, öz də nə basabas
kəlmə, cümlə, söz çox, indi isə qulaq as

sən də, mən də indi düşmüşük basabasa
sən maşında, mən piyada, çıx aradan basa~basa
universitet, dəhliz, səs~küy, əsəb, metro
ayaqqabım tapdalanır, bu da bir səbəb

basabas, iy, tər, çıx oradan birtəhər
basabasda camaatdan seçilməyə lazım hünər
efirdə basabas, bazarda basabas
yol, şou, səhnə bu gün basabas

bu millətin əlindən tərpənməyə yer yox
yavaş~yavaş, asta~asta oluruq çox
barda da qızlar basabas, çünki çoxdur baz
bu gün hələ bizim mahnımızda cırır “bass”
[bənd 4]
basabas studiya, mikrofon, diktofon
basabas azadlıq uğrunda marafon
basabas 90~cı illərin əvvəli
talonlar, nömrələr basabasın təməli

basabas binalar 1~dən 20~ə kimi
mərtəbələr dalbadaldır zirvəliyə kimi
biləcəri hərbi komissarlıq milli basabas
gəl, ay gənc əsgər, qol çək, adını yaz

basabas qida məhsulu, basabas geyimlər
bazarlar, marketlər basabas qiymətlər
viski bar, restoran bu şəhərdə kalan
bu ölkədə zəbt edilib ən xırda tin~dalan

xırdalan, sulutəpə torpaq sahəsi
basdalanmış vətənin acı nəğməsi
cəmiyyət tələsir, amma durmur zaman
basabasdır şəhərdə, basabas, basabas, basabas

[nəqərat]
dar yerdə çatmır nəfəs
ürəyim vurur əbəs
dinmir ki indi sərbəst
hər bir yerdə basabasdır

dar yerdə çatmır nəfəs
ürəyim vurur əbəs
dinmir ki indi sərbəst
hər bir yerdə basabasdır

[bənd 5]
abd malik daxil olub meydana
qafiyəm 60 kilodur basabas haqda
qəlbimdəki üsyan çıxana kimi
maykamın üzərində che guevara kimi
basabas

hər işdə dişlə
işləməyən dişləməz, köpək, dişlə
basabas sərnişin nəqliyyatında
sürtüşür bəzi “мразь”lar qadınlara
basabas bucaqlı dövrədir
elə bil tövlədir, özgə əl özgə cibdədir
basabas kim kimə ~~~
kimə xoş gəlir, kimə pis dəyir

siz elə bilirsiniz, nədir
dеdiklərim hamısı təbdir, fərziyyədir
hal~qəziyyədir, yerdə yerimiz azdır
biz gedək, göy qübbəsinə də əl dəyək
qərəzdir

hər bir nəfərə 10 müstəntiq düşür
özünü dustaq kimi hiss еdir
hər cür insan yoluma rast düşür
kim 10 kilo düşmən, kim 100 qram dost bu cür

basabas konsertimizdəki kimi
manıslar televiziyamızdakı kimi
mavilər prospektlərimizdəki kimi
basabas mahnımızdakı kimi

[bənd 6]
sərnişin daşıyan ictimai nəqliyyat
səhərlər 500, gecələr 1000 manat
saxlayır, harada gəldi, necə gəldi adia
olmayan yerlərdə onla tıxac yaranır
yenə basabas, əsəbdən basır dibə kimi qaz
belə yerdə kimi xam, kimisi az
az qala, üstündən keçsin kamaz

gündüz saat 2, 3~ə yaxın
şəhərimizin mərkəzi küçələrində axın
keçilməz maneə, sanki bir divar
yalnız iki təkərdə keçmək şansın var, avtoş

bir az da ver “bass”, bu diski qoş
xoş əhval~hal, içəridə basabas
indi dübbədüz bas qaza, bas
bas, bas

[nəqərat]
dar yerdə çatmır nəfəs
ürəyim vurur əbəs
dinmir ki indi sərbəst
hər bir yerdə basabasdır

dar yerdə çatmır nəfəs
ürəyim vurur əbəs
dinmir ki indi sərbəst
hər bir yerdə basabasdır


Lirik lagu lainnya:

LIRIK YANG LAGI HITS MINGGU INI

Loading...