lirik lagu dəyirman - bacı
[bənd 1]
salam, bacı, necəsən, canın~başın?
darıxıb yaman səndən ötrü qardaşın
gözyaşımdır bu vərəqlərdəki izlər
zülmətdən qayıdır mənə ötən illər
deyirlər, silər zaman bütün yaraları
yeniliyin təlaşı doldurar araları
ötən anları fəqət unutmadım mən
oxu, bacı, məktubumu, bu, mənim dövrəm
matəm, yadındamı 1992?
nə qədər kədər, nə qədər itki
şuşa getdi bir dəhşətli anda
ata, ana məzarı daha oyanda
qarlı yollarda qaldı izimiz
bir addım önə bir addım uzaqda evimiz
əziz bacı, sən və mən, kimsəsiz
bu qanunsuz dünyada ikimiz
bakıya doğru, bakıya doğru, bakıya
sən bacım idin, qısa çəksə də geriyə
kirayə bir ev gözlə, bacı, savaşacağam
könüllü gedib bilmədim ki, qayıdacağam mən
bacı, açacağam sənə indi sirrimi
azyaşlılığım deyildi deməyimin səbəbi
pis xəbəri öyrəndim mən orada
xərçəngin qısqacları sancılmışdı qanıma
ağlama, bacı, yalvarıram, ağlama
söz vermişdim anaya ~ səni qorumağa
moskvaya ~ şimala apardı məni qatar
zəhmətimin qiyməti səni mənsiz qoruyar
aylar, illər, hicran necə də acı
çil qarasında bitən çiçək idin sən, bacı
sancı ardınca sancı, əqrəblər dönür
vətənə də alışan ürək qürbətdə sönür
[bənd 2]
iki saatlıq uçuş, moskva~bakı
dönəndə geri şəhəri bağışlayıb sanki
xarici rəngi çəkib özünə mərkəz
sən və mən, bacı, burada iki yad nəfəs
tərs baxışlar gözlərdə, alışar
bilmədim ki, bu cür bizlərə də qarışar
yaşadar zaman, çox zor unudacaq
səni ianə görən o iki …
əlimdəki bıçaq on iki açıb yara
arxadan zərbə, hər tərəf oldu qara
bayıldakı qala, bacı, ağlama
ana tez~tez gəlir yuxularıma, ‘’мама’’
qırma qəlbimi, bacı, uzat əlini
əlimdəki kəsiklər söyləyər dərdimi
qoy səni izləməsin ölümün ətri
uzaqda saxla intihar kürrəni
[bənd 3]
daha arxada həyat adlı məsafə
öndə dünyaları ayıran pərdə
bu səfərdə nə itən, nə tapılan
gizlisi aşkar, doğrusu yalan
o yanda qalan təlaş, bu yandakı aram
artıq yerə yox, göyə toxunur daban
son an gözümdə duran sualları
qanla yazılan məktubları
qara buludları külək nə vaxt qovacaq?
bayraqdan don tikən kişimi adlanacaq?
düşmənə açar qucaq keçmişi unudan
qurbanlar hədər olar o zaman, o an
ilan sifətli insanlardır yollarda
ilan niyyətli əməllər ortada
əlvida, gəldim yolun sonuna
mən gedirəm, bacı, ağlama
Lirik lagu lainnya:
- lirik lagu dike sabrina - rindu tapi malu
- lirik lagu gangshit - diamonds
- lirik lagu yozi - יוזי - plomo - פלומו
- lirik lagu aşkın nur yengi - yazık
- lirik lagu dunkin & ae - barz
- lirik lagu dame & smart - á jé
- lirik lagu chicho sánchez ferlosio - por el camino
- lirik lagu j9ueve - hold up
- lirik lagu serpathway - wellcome to the rainy daze
- lirik lagu lipali - od dechy do dechy