lirik.web.id
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

lirik lagu ceyhun həsrət - yar, bu gecə, ay saçı burma, çıx yaşıl düzə (popurri)

Loading...

[bənd 1]
su gəlib daşa dəydi
ah, bu gecə, bu gecə, bu gecə
kirpiklərin qaşa dəydi
bu gecə, bu gecə, bu gecə

su gəlib daşa dəydi
ah, bu gecə, bu gecə, bu gecə
kirpiklərin qaşa dəydi
bu gecə, bu gecə, bu gecə

[nəqərat]
harada qalmısan, ey yar, sən bu gecə?
yalqız qalmışam, ey yar, mən bu gecə
harada qalmısan, ey yar, sən bu gecə?
yalqız qalmışam, ey yar, mən bu gecə

[bənd 2]
dağdan arana köçdüm mən bu gecə
mən yarımla görüşdüm, ay, bu gecə
dağdan arana köçdüm mən bu gecə
mən yarımla görüşdüm, ay, bu gecə

[nəqərat]
harada qalmısan sən, ey yar
yalqız qalmışam mən, ey yar
harada qalmısan sən, ey yar
yalqız qalmışam mən, ey yar
gəl, gəl, gəl bu gecə
sən, sən, sən bu gecə
gəl, gəl, gəl bu gecə
sən, sən, sən bu gecə

bu gecə, bu gecə, bu gecə
yar, bu gecə, bu gecə, bu gecə
bu gecə, bu gecə, bu gecə
yar, bu gecə, bu gecə, bu gecə

[bənd 3]
yetişdi toy axşamı
durun, yandırın şamı
yetişdi toy axşamı
durun, yandırın şamı

gəlinə bəzək vurun
gəlir oğlan adamı
gəlinə bəzək vurun
gəlir oğlan adamı

[nəqərat]
ay aşıq, təriflə bizim gəlini
qaynına deyək, bağlasın belini
el~oba desin, a bəy, toyun mübarək
bəy sevindirsin obasını, elini
ay aşıq, təriflə sən bizim gəlini
qaynına deyək, bağlasın belini
el~oba desin, a bəy, toyun mübarək
bəy sevindirsin obasını, elini

[keçid]
toy eylə, oğlan, gəlləm toyuna
qayınana qurban olsun boyuna
toy eylə, oğlan, gəlləm toyuna
qayınana qurban olsun boyuna

[bənd 4]
kəməri belindədir
gözüm yar telindədir
kəməri belindədir
gözüm yar telindədir

məni ağladır, gülür
insaf öz əlindədir
məni ağladır, gülür
insaf öz əlindədir

[nəqərat]
toy eylə, oğlan, gəlləm toyuna
qayınana qurban olsun boyuna
toy eylə, oğlan, gəlləm toyuna
qayınana qurban olsun boyuna
[bənd 5]
sevgilim, mən sənə canan deməyim?
bəs nə deyim, nə deyim, nə deyim?
bəs nə deyim, nə deyim, nə deyim?
hüsnünü dərdimə dərman deməyim?
bəs nə deyim, nə deyim, nə deyim?
bəs nə deyim, nə deyim, nə deyim?

[nəqərat]
yox mənim başqa gözəllərdə gözüm
sənin hicranına mən necə dözüm?
‘’sənə qurban bu süleyman’’ deməyim
bəs nə deyim, nə deyim, nə deyim?

yox mənim başqa gözəllərdə gözüm
sənin hicranına mən necə dözüm?
‘’sənə qurban bu süleyman’’ deməyim
bəs nə deyim, nə deyim, nə deyim?
bəs nə deyim, nə deyim, nə deyim?

[bənd 6]
gözlərim dolub hicran yaşıyla
qəlbimdən keçəni duy bir, azadə
o ala gözlərin sərt baxışıyla
mənə bir təsəlli gəl ver, azadə
o ala gözlərin sərt baxışıyla
mənə bir təsəlli gəl ver, azadə

[nəqərat]
qaçma məndən, a sevgilim
sevgi bu dünyanındır
küsmə məndən, a sevgilim
bir qız bir oğlanındır

qaçma məndən, a sevgilim
sevgi bu dünyanındır
küsmə məndən, a sevgilim
bir qız bir oğlanındır

[bənd 7]
danışıb~gülməyirsən, leylam
halımı bilməyirsən, leylam
danışıb~gülməyirsən, leylam
halımı bilməyirsən, leylam

görüşə gəlməyirsən, leylam
ürəyimi üzürsən, leylam
görüşə gəlməyirsən, leylam
ürəyimi üzürsən, leylam

[nəqərat]
leylam, leylam, mənim leylam
ömrüm, günüm, canım, leylam
leylam, leylam, mənim leylam
ömrüm, günüm, canım, leylam

sənə yalvarıram, leylam
sənsiz ağlayıram mən
sənə yalvarıram, leylam
sənsiz ağlayıram mən

[bənd 8]
ay saçı burma, uzaqda durma
gəl, ay sevgilim, boynunu burma
ay saçı burma, uzaqda durma
gəl, ay sevgilim, boynunu burma

[nəqərat önü]
dağda duman yeri var, yeri var
qaşda kaman yeri var, yeri var
dağda duman yeri var, yeri var
qaşda kaman yeri var, yeri var

[nəqərat]
yarım məndən inciyibdir
küsüb barışmayır, uman yeri var
yarım məndən inciyibdir
küsüb barışmayır, uman yeri var

uman yeri var, uman yeri var
küsüb barışmayır, uman yeri var
yarım məndən inciyibdir
küsüb barışmayır, uman yeri var
yarım məndən inciyibdir
küsüb barışmayır, uman yeri var

[bənd 9]
qəlbimi dindir
sənə sözüm var
naz~naz eyləmə
gəl görüşək, yar

[keçid]
çıx yaşıl düzə
qonaq gəl bizə
gözüm yoldadır
xoş xəyaldadır

tez gəl, ey gülüm
gözəl sevgilim
xəyalımda var
sevdalı bir yar

[nəqərat]
çıx yaşıl düzə, balam
qonaq gəl bizə
çıx yaşıl düzə, balam
qonaq gəl bizə

çıx yaşıl düzə, balam
qonaq gəl bizə
çıx yaşıl düzə, balam
qonaq gəl bizə

çıx yaşıl düzə, balam
qonaq gəl bizə
çıx yaşıl düzə, balam
qonaq gəl bizə

çıx yaşıl düzə, balam
qonaq gəl bizə
çıx yaşıl düzə, balam
qonaq gəl bizə


Lirik lagu lainnya:

LIRIK YANG LAGI HITS MINGGU INI

Loading...