lirik lagu canan (az) - problemdir
[nəqarət]
hara gedirik biz bu gedişlə?
hara gedirik biz bu gedişlə?
[bənd 1]
ürəyə girənlər oxdur
biri acdır, biri toxdur
hər şeyi var, pul yoxdur
imkan problemdir
imkan problemdir
əl açır allaha: “pul yetir ”
qəbul olur dua, iş bitir
pul çoxalır, insaf itir
vicdan problemdir
vicdan problemdir
[nəqarət]
hara gedirik biz bu gedişlə?
hara gedirik biz bu gedişlə?
[bənd 2]
o yan pisdir, bu yan pisdir
bu tin pisdir, dalan pisdir
kim ki, deyir zaman pisdir
dövran problemdir
dövran problemdir
əlimdə bir siyahı var
kimin naləsi, ahı var
dövranın nə günahı var?
insan problemdir
insan problemdir
[nəqarət]
hara gedirik biz bu gedişlə?
hara gedirik biz bu gedişlə?
[bənd 3]
kefdədir hər gün nəyi var?
məsti~xumardır nəyi var?
demək olar ki, hər şeyi var
iman problemdir
iman problemdir
iman problemdir
çox yer üzdən iraq və lüt
hara baxsan düt..düt..düt
gəl indi sən uşaq böyüt
hər yan problemdir
hər yan problemdir
[nəqarət]
hara gedirik biz bu gedişlə?
hara gedirik biz bu gedişlə?
[bənd 4]
sevənlər əlbət çoxalıb
sevgi~məhəbbət çoxalıb
həm də xəyanət çoxalıb
sevgi problemdir
sevgi problemdir
[nəqarət]
hara gеdirik biz bu gedişlə?
hara gedirik biz bu gedişlə
Lirik lagu lainnya:
- lirik lagu qiyah abdul - empress
- lirik lagu reuben vincent - book of ephesians
- lirik lagu jayce ray - my best gift
- lirik lagu glockboyz teejaee - battle rap
- lirik lagu onepluck - dream
- lirik lagu chappell roan - good luck, babe! (mixed)
- lirik lagu sxrcier - #goat!
- lirik lagu luh tay - 3:00 a.m. (interlude)
- lirik lagu 五月天 (mayday) (twn) - 人生海海 (people life, ocean wild)
- lirik lagu arden kaywin - so beautiful