lirik lagu brilliant dadaşova - həyatımın mənası
[bənd 1]
neçə vaxtdır gecə~gündüz içimdəki
içimdəki fırtınaya sinə gərən
pərən düşən həqiqəti arayıram
hey gəzirəm, varmı görən?
qəlbimdəki közü qopmuş yaralara
nədir məlhəm? varmı görən, varmı bilən?
donub qalmış göz yaşımı
tökə bilən bir hüzuru hey gəzirəm
donub qalmış göz yaşımı
tökə bilən bir hüzuru hey gəzirəm
[nəqərat]
həyatımın mənası
bir ömürlük sevdası
hey gəzirəm, sən mənim
ən həzin nəğməm, şirin kəlməm
ömürboyu gizli, sirli diləyimsən
dərdlərimə sığal çəkən
ruhuma qol~qanad verən
illərboyu gözlədiyim
həzin nəğməm, şirin kəlməm
ömürboyu dilədiyim gizli, sirli
bir əbədi nəğməmsən
təkcə səni gəzirəm
[bənd 2]
neçə vaxtdır ürəyimi didib tökən
şübhələrdən xilas edən
hücum çəkən, tükənməyən suallara
cavab verən varmı görən?
gecə~gündüz sızıldayan xatirəmi
bir dəfəlik silə bilən, silib gedən
məni məndən alıb gedən
bir hüzurun izindəyəm, hey gəzirəm
məni məndən alıb gedən
bir hüzurun izindəyəm, hey gəzirəm
[nəqərat]
həyatımın mənası
bir ömürlük sevdası
hey gəzirəm, sən mənim
ən həzin nəğməm, şirin kəlməm
ömürboyu gizli, sirli diləyimsən
dərdlərimə sığal çəkən
ruhuma qol~qanad verən
illərboyu gözlədiyim
həzin nəğməm, şirin kəlməm
ömürboyu dilədiyim gizli, sirli
bir əbədi nəğməmsən
təkcə səni gəzirəm
yalnız səni gəzirəm
səni…
Lirik lagu lainnya:
- lirik lagu swish reezy - i'm free
- lirik lagu sunrise patriot motion - oil dream field
- lirik lagu jacob restituto - i will always love you
- lirik lagu terra wolf - lendlela
- lirik lagu benny di guardo - blessed
- lirik lagu lukae - when i'm gone
- lirik lagu gunfresh - pravda
- lirik lagu zak! (dnk) - kan du føle den
- lirik lagu oliver walker - right one
- lirik lagu bigfilthydad - graduation cypher