lirik.web.id
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

lirik lagu boomerang band [az] - incimə

Loading...

[bənd 1]
eşidəndə dəyişmişəm dünyamı
çiçəklər də haray salsa, incimə
demirdinmi, alacaqsan canımı?
ruhum getsə, canım qalsa, incimə

heç bildinmi, səndən nələr çəkdi can?
dərdlərindən bildin necə çökdü can?
bir dənə idi, elə bildin, çoxdur can?
vicdanında qanım qalsa, incimə

[nəqərat]
ruhum getsə, canım qalsa, incimə
vicdanında qanım qalsa, incimə
günlər sənə qənim qalsa, incimə
məni cahan yola salsa, incimə

[bənd 2]
istəməzdim, ömrüm solan bağ olsun
mənsizliyin bir dözülməz dağ olsun
qoymadın ki, bircəciyi ağ olsun
günlər sənə qənim qalsa, incimə

yurdum~yuvam oldu hara, bilməsən
ürəyimi bir də qıra bilməsən
məzarıma yaxın dura bilməsən
məni cahan yola salsa, incimə
[nəqərat]
ruhum getsə, canım qalsa, incimə
vicdanında qanım qalsa, incimə
ruhum getsə, canım qalsa, incimə
vicdanında qanım qalsa, incimə


Lirik lagu lainnya:

LIRIK YANG LAGI HITS MINGGU INI

Loading...