lirik lagu badclause music - yaralı göz qapaqlarım
[bənd 1: badclause]
nə yaxşı sən gəldin, xoş gördüm gül camalını
desən ki, bağışla məni, başa düşərdim, insan halıdır
susdun, gülümsədin, məsafələr aldı canımı
get, indi güzgülərdə əksini tap, gör xəyalımı
qollarım evin deyil, şeirlәrdә yaşamaq olmur
sәnә görә sevgi ağır hissdir, qәlbdә daşımaq olmur
әn çox sevәn insan belә mәn qәdәr axmaq olmur
otağıma günәşsәn sәn, üz çevirib baxmaq olmur
yaralıdır göz qapaqlarım, gözümdәn inciyir, küsür
bağlanır üzümә doğru qapı vә bürüyür otağımı hüzn
istәrәm, gәlib yanıma gedәsәn yenә baxışları süzüb
vә mәn dә hәmişәki kimi şeir edәrәm bir sәnin üçün
yaşanılan ağrı~dərdimiz ölümdən hissəydi
bəlkə də ayrılmazdıq ölümünə sevsəydin
məsafə rol oynamır, bizi ayıran istəkdir
məncə o gün getməzdin qayıdacağını bilsəydin
sonuncu zəngi yadına sal, bax onda evdəydim
dedin ki, əl çək məndən, vəziyyət o yerdəydi
o gözəl səsin xırıldamadı, nəysə, keyfdəydin
kiminsə gəlişi xoşdur, sәrxoş edәn getməyidir
[nəqərat: ali ashikar]
mənim göz qapaqlarım yaralıdır yenə bu gecə
nədir ki, dərdi de, bilim, üzülmə, gün gələr, keçər
süzülüb gözlərin yenə, məni sərxoş qoyub gedən
deyər, üzülmə can, keçər
mənim göz qapaqlarım yaralıdır yenə bu gecə
nədir ki, dərdi de, bilim, üzülmə, gün gələr, keçər
süzülüb gözlərin yenə, məni sərxoş qoyub gedən
deyər, üzülmə can, keçər
[bənd 2: badclause]
görmürәm sәni, necәdir canın başın?
sәnin adın olan misranın sonunda qәlәm çaşır
әllәrim әllәrinlә şәk!llәrdә qucaqlaşır
bir gün qocalsa hisslәr, çalış ki, uzat yaşın
gәlsin sәnin sәsin, budaqda xarı bülbüldürsә
mәsafә unudulardı, әgәr ayrılıq hökmündürsә
gecәlәr mәnә yazanda baxışların gülmürdüsә
sәnsiz ölmәrәm, әgәr yaşamaq mümkündürsә
sәndәn uzaqda bir saat keçir, gün sanıram
o vaxtı canıma yanan canan indi gülür halıma
görәsәn hansı sәrt baxış çatıbdır ünvanına?
biz heç vaxt görüşmәsәk belә, mәn hәmişә gül alıram
qeyri~adi deyil, ayrılıqlar, olan şeylər
səndən minnət görsəm, lənət o gələn xeyrə
biz bir cümləyiksə, mübtəda aşiq olar felə
sən mənə bircə addım at, gəlməsəm adam deyiləm
sәn özünü hey pislәsәn dә, mәn şeirlә tәrif edәn
sәnsiz keçәn dәqiqәlәr inciyir saniyәdәn
qolların soyuq dәridir sәnçün, mәnә fani vәtәn
mәn sәni tanıyan gündәn inanıram axirәtә
[nəqərat: ali ashikar]
mənim göz qapaqlarım yaralıdır yenə bu gecə
nədir ki, dərdi de, bilim, üzülmə, gün gələr, keçər
süzülüb gözlərin yenə, məni sərxoş qoyub gedən
deyər, üzülmə can, keçər
mənim göz qapaqlarım yaralıdır yenə bu gecə
nədir ki, dərdi de, bilim, üzülmə, gün gələr, keçər
süzülüb gözlərin yenə, məni sərxoş qoyub gedən
deyər, üzülmə can, keçər
Lirik lagu lainnya:
- lirik lagu clavita - the quiet kid
- lirik lagu sing nuer suer tai - คนเห็นหมี (bear-hunting)
- lirik lagu ayesha erotica - h.4u (solo version)
- lirik lagu navid jamshidi - nasty plan
- lirik lagu anastasia skinny - rip
- lirik lagu djevel - natt til ende
- lirik lagu spiked baby - shadap
- lirik lagu я (ya) [yana] - плохо воспитана (ill-mannered)
- lirik lagu canka - kralı tanı
- lirik lagu tez & svnalltime - one, two, three