lirik lagu badclause music - təşəkkürlər
[bənd]
yadımda qalıb, outpro~a girdiyim günün
ertәsindәn axşam çağında oturmuşduq uşaqlarla
onda bir qardaş var idi, dörd aydır ki, uzağam ondan
inan hәr şey bomba gedirdi, keçәn il bu çağlarda
can dostum, yalanla yaşama hәyatı, çatdırır hәqiqәtә illәr
bәs tanrıya yetişmәyçün neçә döngәni qәt edim mәn?
fikrim uzağa gedir deyә didәrginәm vәtәnimdәn
özümdә mәni axtaranda azırdım hәr sәfәrindә
başımda dolanan ağrı başlayır ilk bәdәnimdәn
bir gün ölmәk istәsәm әgәr, asaram özümü qәlәmimdәn
mәhәbbәt axtardığım şәhәrin bir tәrәfindә
sinәsi açıq gözәlçәnin sevgi süzülür әtәyindәn
siz heç nә bilmirsiz, ya biz yazırıq hәddәn artıq
maraqlı, nәyә görә sevgi yox, intim dәbdә qaldı?
dost, mәn gücümü, zәifliyimi sәndәn aldım
bir dәfә doyunca yatmaq istәdim bu dörd hәftә aldı
nәlәr qaldı? görәsәn kim hәqiqәtin hәddin bilir?
bu bağ o bağ deyil, әriklәr dә dәrdin biri
düzgün dәyәr verin, rahat seçilir ağ qaradan
mc. b.u.s~ın, lakonik~in vә ashikar~ın qәdrin bilin
bir ilin dörd çağında süzülüb axır xәzan ilikdәn
mәn özüm dahiyәm elә dәlilәr içrә xәrabәlikdә
gecәnin intiharı ola bilәrdi qәza tәtikdә
yazılar tilsimә bulanıb hisslәrin kәramәtiylә
kimisi dindar, amma orucun açır zәnan әtiylә
bәzi dostlar vәd edir yerә yıxmağı zәmanәt ilә
әksәr şeirlәrdә mürәkkәbimi şәrab eləyirәm
kimin mәndә haqqı varsa haqqı halal eləyirәm
hәr zaman hörmәtim olubdu koryolçu~a
gözlәrim bir yol çәkir vә gedir o yolla yolçu yar
yazıramsa, var ilham pәrim, heç nә sәbәbsiz olmur vә
bilmәyәn dә bilsin bunu səkkiz ildir hostçuyam
kim bilir ki, yazılar kimi kimlәrә çevirib
bu zaman yetişdikcә xoşbәxtlik gizlәr yerini
yollar gәlәcәyә gedir, amma düşünürәm illәr gerini
adәtәn onlar tәrk edir, gedir, bizlәr sevirik
çoxları özü silinir, bilәrәkdәn pozmazdım
şeirlәrdә hәyat vardı, yazmaqdan doymazdım
bilmәdiyiniz bir şeyi deyirәm, bilin әzbәrdәn
o vaxtı tibu olmasaydı, mәn bu yerdә olmazdım
dedilәr, yolum azdır, var gücümlә yazıram mәn dә
yalanla dolan sevginin gözündәn asıram pәrdә
ilham pәrim, mәnimçün darıxma, qaçıram sәndәn
mәnasızdır ölәn hisslәrimi yazım әvvәldәn
yaşayan “sәn vә mәn”,”biz”~dәn geri qalanlarsa
inan, bir dә yazmaram heç, belә içdәn yazan varsa
dinlәyici bunu bilir ki, mәndәn bir dә olmayacaq
vә mәn dәyәri itirmәrәm, özünü mәndә tapan varsa
gedәn varsa, çıxıb getsin, daha uzatmasın
şеir gözlü gözәl şeiriyyatımı qucaqlasın
sonuncu sözlәri yazıram, könüldәn uzaq yazım
indidən belə heçkim məni “şair” dеyib ucaltmasın
Lirik lagu lainnya:
- lirik lagu seraphina (artist) - miss me
- lirik lagu rolo runs the city - game over
- lirik lagu chard la plaga - o show tem que continuar
- lirik lagu shitskrotos mob - diss pro xharpie
- lirik lagu deleted artist - lisa (skit)
- lirik lagu banks - fuck em only we know (unplugged)
- lirik lagu aaron scotch - in den wolken
- lirik lagu no name yet - dinheiro
- lirik lagu tristan simone - the new heir
- lirik lagu kevin - droom