lirik lagu badclause music - səndən sonrası
[bənd]
səhərimi səhər edən günəş artıq görünmür səmada
gecələri gecə edən sevgimiz artıq bilmirəm harada
bu ahuzarla min bəlanı çəkdim eşq məqamında
silinmir artıq adın baş daşımdan, ruh məzarımdan
boğur bu məhəbbət məni, yorur bu küdurət məni
bu qüssə~qəmi gizlətməyə yox bir cəsarət həmin
ayrılıqlar soyuqdur, çoxu sevgisə hərarətlədir
nə xəyanət gəmimdə yola çıxdı, nə qəbahət mənim
bu yolda yalın ayaqla uzaqlaşdım doğma şəhərdən
bu yolda intizarda qalan sevgi ruhuma məlhəm
bu nə cür dərddir rəbbim? ayrı saldı ruhu bədəndən
fikirlərim ucuzdur, amma ki, məhəbbətim mücəvhər
intihar edən çiçəklərin ətri yadigarı təbiətin
ruhumu incidən hər bir cümlənin ahı vəziyyətim
əlimdə solan sevgilərin qəbri şeiri məğz edir
nədən bu ölüm qorxusu, və ömür nədən bəhs edir?
gözümdən pərdə asır gördüyüm hər həqiqətim
içində ağ libasın, qara ruhuma təbib gətir
zühur elə incə toxunuşla bilim ki, var bir qüdrətin
elə bir ruha çevril ki, bitməsin eşqə müddəti
şəfəqlərdə görüm üzünü, ovcuma hopsun hislərim
qəfil ürəkdə hökm sürüb, qələmimi alsın ilk sətir
yazmayım mən, düşməsin heç bəyaz vərəqə qəm izləri
eşq dərdindən ölsəm də, bunu bilməsin əzizlərim
məni elə yerə basdırın ki, ruhum günəşi görməsin
mənə elə bir külək verin ki, həyat çırağı sönməsin
mənə elə bir sevgi ver ki sərhəd nədi bilməsin
mənə elə bir ümid ver ki, mən ölsəm də o ölməsin
əsirgəməsin kölgəsin qurumuş sevgi budaqları
bu torpaq alsın öhdəsin, göz yaşı toxunan dodaqların
güləndə batan yanaqların qəmzəsinə gül əkdim
hər fəsil vurğunun olsun, ömrün görməsin heç boranı, qarı
Lirik lagu lainnya:
- lirik lagu yami lore - dis the gang
- lirik lagu boef - tout est bon
- lirik lagu wéye - alexa
- lirik lagu jackson clemmer - vampire
- lirik lagu klark - champagne
- lirik lagu annama - benzin
- lirik lagu 56 apartament - still fifty six
- lirik lagu kilereme - hustle
- lirik lagu luis rod - por ti
- lirik lagu infiniite - most hated