lirik.web.id
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

lirik lagu badclause music - mənim xətrimə

Loading...

[bənd 1: badclause]
səsin hələ ağlımdadır, amma bir aydır danışmırıq
biz ikimiz əl~ələ çox gözəldik, ayrı yaraşmırıq
səni mənə yaraşdırır ayrı notlar üstdə sözlərim
sənə görə islanan yanaqlarımdan küsdü gözlərim

və fəsillər dəyişir pəncərəmin mənzərəsindən
əslində, mənzərə sənsən, buna görə dəlidir desinlər
çökmədi körpü beş ildə, gələrəm tək öhdəsindən
incə səsin seçilmir bakının küylü səsindən

düzülər hər dəfəsində cümlələr xətrinə xatir
bəlkə də sənlə qovuşmağımız olar bəxtimə batil
mənə bir namə göndər, heç olmazsa eşqinə dair
ki, yazım şeir eləyim baxışlarına hisslərə layiq

ən gözəl hissi soruşsalar, durma məhəbbət denən
sən məni bilirsən ömrüm öyrəşib əlim səhvimə
ölürəm vərəqlər də qələm hər gecə gəlir dəfnimə
bir dəqiqə sus, qulaq as dediklərimə, mənim xətrimə

[nəqarət]
gözlərimdə qanlı yaşlar
sənin həsrətin qəlbi dağlar aman
nə yanar, nə sönər, nə də buz tutan əllərin
mənə geri dönə bilər
qanlı yaşlar
sənin həsrətin qəlbi dağlar aman
nə yanar, nə sönər, nə də buz tutan əllərin
mənə geri dönə bilər

[bənd 2: ali ashikar]
bu evin hər tərəfini rəsmlərdən gülən üzlər örtmür daha
yaşaram cüt gözümün körpəliyini görmür yaşam
ölsün bahar, tökülən yarpağın hər zərrəsində qalsın həyat
görməsin heç zəifliyimi körpə çinar

o küçənin əvvəlində son bir görüş
niyə sən susursan və danışıram mən ilk gün kimi?
tələsən saniyələrin arxasınca qaçdın o gün
yenə mən gözləyən oldum və sən heç gəlmədin ki

nəyə görə tez bitir və ayrılıqlar möhkəm olur sevgidən
bir neçə günlərlə gecəyə adiləşən sevgilər təsəlli deyil
unutmaq üçün, göz yaşımı qurutmaq üçün
görüşmədik bir neçə il özümü belə unutmaq üçün

necə de, səni unudum, ya da özümü mən?
evimin hər bir yerinə gəlir üzü, özü gəlməsə də
nə sənin üzünə baxa bilərəm mən
nə də ki, özümü sənə göstərə
[nəqarət]
gözlərimdə qanlı yaşlar
sənin həsrətin qəlbi dağlar aman
nə yanar, nə sönər, nə də buz tutan əllərin
mənə geri dönə bilər

qanlı yaşlar
sənin həsrətin qəlbi dağlar aman
nə yanar, nə sönər, nə də buz tutan əllərin
mənə geri dönə bilər


Lirik lagu lainnya:

LIRIK YANG LAGI HITS MINGGU INI

Loading...