lirik.web.id
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

lirik lagu badclause music - köhnə şəkillər

Loading...

[bənd 1: fourelmin]
sevgim üçün öləsi olmamışam mən
sərhədin yerinə qəsr düşünürəm
heç kimin köləsi olmamışam mən
sənin gözlərində əsir düşmüşəm

içimdə yazılan kitablar və bu
şeirdən daha çox məktub olur, bax
qüruru sevgidən çox olanlar
hər kəsi itirməyə məhk~m olurlar

sən də artıq böyüdün, ağıllı qızsan
sənə yox, balaca yaşa düşür səhv
balkon da evindir, evə aiddir
amma qalıb çöldə, başa düşürsən?!

tək insan idin ki, hər bir addımını
sevərdim, az qala dəli olardım
beş dəqiqə olsaydın başımın içində
ən tez dəli olan elə sən olardın

saydım qürurumu belə üstün sevgidən
dərdimi demədim, özümə qapandım
dedim, məni daha kimsə bağlaya bilməz
sənsə məni götürüb məndən apardın
layiq olmadığın şeylər yaşatdım
bir gecə qurtul tez, xəlvət onlardan
o qədər saf, təmiz idin ki, ölsən
cənnətə getməzsən, cənnət olarsan

bil, heç kim daimi deyil bu dünyada
öləcək hər kəs, bir qarış olacaq
nə vaxtsa səndən tez torpaq olsam mən
bax onda məndən çox yaşın olacaq

hər kəsə bataqlıq olan mən idim
bəs necə oldu, gəlib səndə boğuldum?!
yenidən bir yerdə olmaq istəsən
dua et, bəlkə mən bir də doğuldum

[nəqərat: şahin əlizadə]
əllərimdə bizdən xatirə, biri sən, biri mən
dəli şeytan deyir, elə hər şeyi siləsən, gedəsən
gözlərin yaşla dolduğun mənə deməsən də, bilirəm
daha köhnə bu şək!llər, bunu biləsən, gələsən

əllərimdə bizdən xatirə, biri sən, biri mən
dəli şeytan deyir, elə hər şeyi siləsən, gedəsən
gözlərin yaşla dolduğun mənə deməsən də, bilirəm
daha köhnə bu şək!llər, bunu biləsən, gələsən
[bənd 2: badclause]
qorxularımla üzləşmək qərarına gəldim
birinci səni gördüm orada, sonra da səni itirməyi
sənsiz uzanan yollar bilmirəm hara qədərdir
çox istərdim o yolların məni sənə gətirməyin

yadımdan çıxmır məni həyəcanla gözləməyin
yatıb qalmaqlarım, görüşləri bir~bir ötürməyim
yadımda ilk tanışlıq, məhəlləsinə gedərdim
evi də tanımıram, bilirdim hansısa balkondan gülümsəyir

sənə gələn yolum bir addımlıq idi
bu günlərdə isə aramızda çaylar, dərələr, dağlar
boş qalan otaqlar, buz tutan yanaqlar
yaşam həvəsim ölürdü azaldıqca maraqlar

xəbər yoxdur səndən, dost~tanışdan soraqlar
ilk baxışlar gülümsəyər, son baxışlar ağlar
zəng belə etmirsən, yox bildiriş, mesajlar
həyatın hər dəmində idin, indi çox uzaq bayaq~lar

necə ki, ondan uzaq mən, uzaq əl əllərimdən
bəlkə də hər şeyin yaxşı olmağın istər mənimlə
intizarından doydum, doymadım məhəbbətindən
həminki saf hisslərini geri qaytarar əlbət illər
indiysə xeyli gülməli halım
bağışla~lar üç nöqtəli, qalan hər cümlə nidalı
bir vaxtlar üzündən təbəssüm əskik olmazdı, mənlə gülərdi
heyif ki, kəsildi o günlərin ardı

mənim olan nə varsa həyatda, hər qarışı sənindir
torpağın altda yatan mən, isladan yağışı sənindir
yuxuma haram qatan fikirlərimin hamısı sənindir
qaytarma məktubları, içində söz varsa, sənindir

dedilər, yar sənin, cəfası, nazlı baxışı sənindir
hər cizgi sənin, hər naxışı sənindir
qucaqlar, öpüşlər, vidalar, hamısı qarışıq içimdə
amma yenə yanındayam, bir az yaxşısan indi?

[nəqərat: şahin əlizadə]
əllərimdə bizdən xatirə, biri sən, biri mən
dəli şeytan deyir, elə hər şeyi siləsən, gedəsən
gözlərin yaşla dolduğun mənə deməsən də, bilirəm
daha köhnə bu şək!llər, bunu biləsən, gələsən

əllərimdə bizdən xatirə, biri sən, biri mən
dəli şeytan deyir, elə hər şeyi siləsən, gedəsən
gözlərin yaşla dolduğun mənə deməsən də, bilirəm
daha köhnə bu şək!llər, bunu biləsən, gələsən


Lirik lagu lainnya:

LIRIK YANG LAGI HITS MINGGU INI

Loading...