lirik.web.id
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

lirik lagu badclause music - jenesaispas

Loading...

[bənd 1] [badclause]
bilmirәm hansı qızda qalıb uşaqlığım
kiminçün darıxacağımı belә bilmirәm ~ qәlizdir vәziyyәt
nәdәnsә ümid olurdu kimәsә xoş anlar yaşatdığım
dik durmağa çalışırdım, dost mәni әzirdi qәsdәn

özümә dә güvәnә bilmirәm, deyәsәn, mәn dә saxtayam
qaçırdım uğura doğru yenә uçuruma qayıdırdı bu yol
tәqvimdә günlәr ölür, yoxdu hәr ay yasın saxlayan
gedişini gözlәrimdә sәhnәlәşdirirdi pavilyun

kostyum sevmirәm deyә evlәnmәk istәmirәm mәn
hamı yalan deyibdi mәnә, hәyat gözәl deyil
mahnılarımın sәbәbin hərkəsdən gizlәdirәm mәn
burda dәrd yazıram, dinlәyicim “gözәldir” deyir

mәn heç vaxt qanun qoymuram, qoyulan qanunlara zidd gedirәm
yalnızlıq azadlıqdır, azadlığım sıxır hәrdәn
hәyatında yerim yoxdur, varlığım üstün qәhәrdәn
doğmalıq qalmayıbdı orda, küsmüşәm vәtәndәn

yalan tәbәssümlә örtülü çöhrәm
yandı siqaretim vә bir~iki damcı süzüldü göydәn
mәndәn xәbәr ala bilmәyәndә heç üzüldünmü sәn?
xәyanәtinin sayәsindә eşq düşürdü gözdәn

[nəqərat] [fidan ərəbli]
hər keçən illərdə ömrün məhbusu kimiyəm
gәl xoş günümdә gedişin olmasın hәdiyyә
mәn inanmışdım ki, var olur hisslәr әbәdiyyәn
insan cənnətə gedirmiş әcәliylә
yolunu gözlədim, demә getmәliyәm

[bənd 2] [badclause]
heç nә hiss elәmirәm o qızdan sonra
necә ki torpaq quruyur, sonuncu yağışdan sonra
gördülәr ki, ölmәdәn yaşayıram elә yaxşı sandılar
sәn demә, ağılla bir dәrd verirmiş yaş insanlara

hәr gün içirdim elә sәhәri günümü düşünmәdәn
sıxırdı düşüncәlәr, nә vaxtsa başa düşәn gәlәr
getmәdim universitetә, evdәkilәr nigaran orda
mәn nә düz әmәlli tәlәbә oldum, nә dә düz~әmәlli övlad

atam mәnlә fәxr elәmәyә bәhanә tapmır
heç nә o vaxtlardakı kimi deyil, yanımda qalmır
nә әzizlәrim, nә dә ki tanışlarım yoruldum artıq
dostlar xain idi, ya mәni qırağa mәsafә atdı

tanrı qәlәmi aldı, yazdı bәxti qara mәtn
eşq elәbil yağmurdur ki, ola bilmir çarә çәtir
mәnә ümidә işarә gәtir, bilim ki, hardadır cәnnәt
yalanlarında boğuldum, o da mәni ayırdı sәndәn

fikirlәrim düyünlәnir, qırışır ovuclarım
dәrimә hәris naxışlar çәkәrdi barmaq ucların
düşündükcә yuxun qaçır, ağlını yorursa adım
salam verәndәn sonra niyә hal~әhvalımı soruşmadın?

yuxuda gördüyüm mәlәk pis günün elçisi idi
ertәsindәn sәbәbsizcә tәrkedişindәn anladım daha
yaddaşımda köhnә sәsin sevgi şәrqisiydi
başqasıyla necә gülüm axı sәnli şәk!llәr ağladırsa?

[nəqərat] [fidan ərəbli]
hər keçən illərdə ömrün məhbusu kimiyəm
gәl xoş günümdә gedişin olmasın hәdiyyә
mәn inanmışdım ki, var olur hisslәr әbәdiyyәn
insan cənnətə gedirmiş әcәliylә
yolunu gözlədim, demә getmәliyәm


Lirik lagu lainnya:

LIRIK YANG LAGI HITS MINGGU INI

Loading...