
lirik lagu badclause music - hava
[bənd 1] [badclause]
bizə lazım olan mərhəmətdir, ədalət yox
bizə lazım olan cinayətkarın özüdür, cinayət yox
məzənnədəki rolumuzdur ki, bu gün nə qədər dəyər görmüşük
pərdələri cırmaqdır ki, neçə nəfər üçün artıq ölmüşük?
adət~ənənələrimizə uyğun yola veririk bir~birimizi
bizə öyrədilən də elə budur ki, dava salmayın
oyanın bircə dəqiqə, qalxın ayağa, bəsdir yatdınız
heç nə yaxşı deyil burda, kimisə zorla razı salmayın!
harda ki qayda~qanun olsa orda bir zibil tapaq
bəlkə də bu ən sonuncu mahnımdır, öləcəm sabah!
yazacam tarixi anlardan, hər gizli sektadan
qələmin mürəkkəbisə vərəqə dəyib dönəcək qana
bəlkə yaralı göyərçinlərin ahıdır, hər müharibə
artıq dəbə düşüb ~ acından ölmək dörd uşaq ilə
cibində pulu ola~ola batan nə qədər ömürə şahidəm
həyat fəlsəfəmdə iz buraxdı hər müşahidəm
dünənin səhvləridir ki, bu gün ruhu rahat buraxmır
günəşin acığıdır bəlkə, ömürə hökm edən quraqlıq
qərəzsiz yalançıların inamlarına məhk~m olmuşam
bədənimi satdı özgə ruha sonda doğma uşaqlıq
bu böyük kölgələrin sahibləri eşitmir bizi
bu sökük göydələnlərin tanrısı boğdu səsimizi
aldı ümidlərimizi atdı uçurumdan aşağı
sonda yorğun bir səs dedi ki, dəlixanamıza xoş gəlmisiz!
[nəqarət] [ayka]
burda havalar bulanıqdır
çətindir nəfəs almaq
yollar dolanıqdır
tələs… gecə qalma
burda havalar bulanıqdır
çətindir nəfəs almaq
yollar dolanıqdır
tələs… gecə qalma
[bənd 2] [promete]
sonda aydınlaşdı ki, bizi qovan yox idi
biz sadəcə unutmuşduq məqsədimizi qaça~qaça
o qədər qapanmışdıq ki, başımızı qaldırıb baxanda
gördük ki, yerdə qalan yollar da haça~paça
yeniyetməlik, gənclik indi ağ~qara şək!llər kimidir
təkcə biz bilirik hansı rəngdə idi hansı məqam
doğruları sevirdik, çalışırdıq hər şey həqiqət olsun
indi məcbur ən acıları ilə edirik yola davam
axtarışlar əsas qayəsiydi həyatımızın
indi axtarışındayıq, amma həyat anlayışının
düşün, təsəvvür et ki, içindəsən, amma
əmrinə tabesən əvvəl idarə etdiyin maşının
bəyənmədiyin sistemin hissəsi olmaq sistemin oyunudur
yoxsa şəxsi seçimdir, görəsən, bunu bilir kim?
beş addım sonra nə olacağın düşünəndə üzümə qonur təbəssüm
mən vəziri piyadaya görə qurban verən vunderkind!
[nəqarət] [ayka]
burda havalar bulanıqdır
çətindir nəfəs almaq
yollar dolanıqdır
tələs… gecə qalma
burda havalar bulanıqdır
çətindir nəfəs almaq
yollar dolanıqdır
tələs… gecə qalma
Lirik lagu lainnya:
- lirik lagu alice cooper - wicked young man [brutally live]
- lirik lagu omelet - águila azul
- lirik lagu milo - miért játszol?
- lirik lagu bastian (mexico) - acá entre nos
- lirik lagu 3rd grade - рэп из рэпа
- lirik lagu my sun and stars - for you
- lirik lagu mahdi - hayati (remix)
- lirik lagu sous-chef (music) - one more night
- lirik lagu kj-wita-ak - no cap
- lirik lagu raf 3.0 - jeder tag (16bars remade)