lirik.web.id
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

lirik lagu badclause music - geridə qalan 3 il

Loading...

[bənd 1]
mən səni ağlımda dustaq eləmişdim
necə bu qədər tez unuda bildiyimə özüm də inana bilmirəm
xatirələrimizsə canlanır hərdən bir
indidən puç olan arzuların qədir~qiymətin de kim bilər?

kirli əlləriylə pak sevgiyə tilsim yoğurur
dözmərəm özgə birisi öpsün səni, bilsin qoxunu
necә bәladır yoxluğun? dәrd var mәlhәmi yoxdur
sәnә yazdıqlarımsa sәndәn özgә hәrkәsә toxunur

mәn hәmin adam olaram, әgәr ki, sәn hәmin qız olsan
әlvida sözün yalan, qalan hәr bir sözün düz olsa
yenidən aşiq olaram hər zərrənə, hər cümlənə
amma ki, yoxdur elə möcüzə ötən illəri geri döndərə

yolunda qaçan mən oldum, sonunda sənmi usandın?
əbədi məhəbbətmi, yoxsa ümidlərmi bu sandıq?
dedim ki, yanımda qal, gözümə yaxşı dəymir uzaqlıq
özgә nәfәsə məhk~m oldun, o gün әlini buraxdım

[nəqərat]
dәryalara bağırdım adını
mәn yalvaram, duy imdadımı
gizlәnirәm, gözlәrin axtarmır
әllәrinә toxunan yadlarmı?

[bənd 2]
eşqin fədakarlığına bax, alır gənc yaşda canı
qiyamətdir rəbbim ahımı duy, köz yaşda yanır!
atdı özünü bədən, tuta bilmədi göz yaşlarını
həyatın qəbahəti bu ~ gec böyüyüb, tez yaşlanırıq

ruhuma toxunmuşdun, əl izlərinə baş əyirəm mən
əlimdə şeirlərimi, ürəkdə səni daşıyıram mən
iki il öncə söz verdik “beş il sonra ailə quracağıq”
geridə qalan o üç ilin ümidiylə yaşayıram mən

sətirdə qan ağlayırdım, üç nöqtə kəsdi avazımı
gözlərim qəm gölüydü, isti yanağa çəkdin ayazını
qəlbi yerinə qaytar, ölməyib hələ qəbri dayazdır
əllərimin qədrini bil, bu qələm hər qıza yazmır

adı hər misrama ünvandır, bəddi qiraət o
sevgimi yerə atmışdı, peşmandır nəhayət o
uzaqlarda nalə çəkim, göz yaşıyla müşayiәt ol
mәn sәsimә yaxşı baxım, sәn saçından muğayat ol

[nəqərat]
dәryalara bağırdım adını
mәn yalvaram, duy imdadımı
gizlәnirәm, gözlәrin axtarmır
әllәrinә toxunan yadlarmı?


Lirik lagu lainnya:

LIRIK YANG LAGI HITS MINGGU INI

Loading...