lirik.web.id
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

lirik lagu badclause music - dünyada

Loading...

[bənd 1]
bir dəfə də üzünə baxt gülmədi
çox gün gördü, güzəran görmədi
düşünür ki, hər şeyi vaxt göstərir
eşqə inanmır artıq al gözləri
vaxtında bilmədim qədrini
ona güllər, məktublar göndərim
adımı daha onun səsindən eşitmirəm deyə
keçirmirəm ad günlərin

dedim ki, olmayım pis adam
deməklə olmadı heç bir zaman
pis günlərinə mən misalam
hər dünən, hər bu gün, hər bir sabah
bütün olanlar elə oldu nahaq
birgə axtaraq, həll yolunu tapaq
vidalar vaxtsız olanda vidadır
hara qədər gedirsə, elə ora uzadaq

gülüşlər olmadı davamiyyətli
mən hara qismətəmsə, o, ora niyyətdir
dərində ölüb~parçalanmışamsa da
heç vaxt deməmişəm ona niyəsini
hər dəfə deyirəm ki, qırmayım qəlbi
davranım daha qəti, daha diqqətli
amma o da bilir, heç kim saf sevgi vermir
hamı kimdənsə qalanı gətirir
başqa işartılara ayna tutub
öz parıltım adıyla çaşdırdım özümü illərlə
qaranlığıma səni dəvət etdim
gəlib işıq saldın qəliz hisslərimə
böyüdükcə özüm səni qocaldıram ildən~ilə
yanımda zorla saxlamaq istəməm
istəmirsənsə, denən, istəmirəm

qəlbi saraylara tuş
mənsə zərif naxışına kobud toxunuş
divarda köhnə tablo solmuş
xatirələrin əksəri unudulmuş
fikri biyaban, amma soyuq baxışları
axan çayları dondurmuş
bir ağac çoxdan qurumuşsa
əl açıb bar istəməklə olmurmuş

evində gəlir üstünə~üstünə boş otaqlar
yüksək tavanına tən qoca qapılar
sığmır yerə~göyə mən daxilində
tanrı da göndərir onu öz otağına
sığallarım incidir, çünki
toxunuşumda iti künc və bucaqlar
getdi birgə ikən uçan vaxt
onu qəlbimə yazmışam, adı “uzaqlar”
almadan torpaq səni, ya məni
gec olmadan gəl, birləşək dünyada
xoşbəxt idi bir vaxtlar mənlə
özü də heç olmadığı qədər dünyada
gecə şirin idi yuxularında
edirdim səhərlərini zəhər dünyada
dünən ondan biri, amma bu gün yadam
düşmürəm daha hər gün yada


Lirik lagu lainnya:

LIRIK YANG LAGI HITS MINGGU INI

Loading...