lirik lagu badclause music - dönmə geri
[bənd 1: badclause]
sənsiz keçən hər günümü saydım, gecələr uzun idi, gün qısaydı
hər kəs bir idi, bir biz ayrı, bu vidamızın birinci ayıdır
hisslərim cəmi bir qızaydı, gözəl idi daxili və bir idi zahiri
intizar da bitdi sayılır, daha dəyişibdir dərdimizin dizaynı
kimik ki, biz? torpaqdan ibarət, göydələndə bir otaqdan ibarət
ölmək ya doğulmaqdan ibarət, getmək ya qovulmaqdan ibarət?
elə alilər görmüşəm ki, dünyagörüşləri bir çomaqdan ibarət
ailələr görmüşəm, içində sevgi yoxdur, sadəcə uşaqdan ibarət
vaxt oldu ki, itdi hər şeyə həvəs, fikir yordu üstümə gəlib
dil aça bilmədim, danışa bilmədim, bütün ətrafımdan küsdüm həmən il
yıxıldım, çox üşüdüm, isinirdim xatirəni üstümə sərib
bir müddət güzgüyə baxmadım, baxanda gördüyümsə hüznün əsəri
dərdim yox idi kininlə, özümü qurban eləmişdim ən saf halına
əksər hallarda qəsdi~qərəzlik, dedim, hardasa insaf alınar
amma alınmadı, sanki tək fikrim səhralarda bağ salmaq
sən uzaqdan uzaq, dön, bax halıma, gedirsənsə, çıx get, sağ~salamat
[nəqərat: şahin əlizadə]
aldandımsa sənə, məni avam bilmə
inandımsa, bil ki, inanmaram yenə
acizliyimə kənardan baxıb, gülmə
get! dönmə geri…
necə sevmişəm, elə də unudaram
xəyanətin içimdəki könül yaram
qorxuram, səni yenə də bağışlaram
[bənd 2: badclause]
bir müddətdir ki, durğun həyatım, yarpaq belə tərpənmir
üstümdə qəribə bir ağırlıq var, buraxmır yaxamı səhərdəndir
çox mənasız adam tanıdım, hamısının bağladım dəftərini
elə bil, 50 yaşım var, indidən çəkirəm fikrin cavanlıq səhvlərimin
neçə qəlbdən gəldi sədam, neçə ruh tapdı özünü məndə…
neçə ünvan dəyişdi, neçə~neçə insan, zənglər fərqli nömrələrdən
fərqin nə idi köhnələrdən? hamıdan biri, bircə özünə özgəsən sən
kövrəl öz kədərinə deyib, çıxıb getdin, küsdüm özümə mən də
sənin badən daşırdı, mənimsə səbrim, sən göz yaşı tökürdün, mən əsəbimi
bir olmağımız idi təkcə şərtim, olsaydıq, elə sənlə dərdləşərdim
mən sənə həll verirdim, sən təsəlli, mən düzü seçirdim, sənsə səhvi
sonradan həyatına kimlərsə gəldi, bilsəydim qabaqcadan əl çəkərdim
heç uzanmazdı söhbət, baxışlar, utanmazdı gözlərin
mənə inancın uzaqlarda görsənir, bu gün~sabah tutar o hansısa qızın əlin
deyən də sən idin, olmadığım yerlərdə adıma min söz gəlib
söz düyündür, söz dərin, bu qədər şeydən sonra necə yanında olmağımı gözlədin?
[nəqərat: şahin əlizadə]
aldandımsa sənə, məni avam bilmə
inandımsa, bil ki, inanmaram yenə
acizliyimə kənardan baxıb, gülmə
get! dönmə geri…
necə sevmişəm, elə də unudaram
xəyanətin içimdəki könül yaram
qorxuram, səni yenə də bağışlaram
Lirik lagu lainnya:
- lirik lagu b.b. jacques - 25
- lirik lagu deer death - flail
- lirik lagu sound bullet - incerteza
- lirik lagu yetii - idk what love is
- lirik lagu take 6 - biggest part of me (soulpower remix)
- lirik lagu christian kahn - halo / leash
- lirik lagu i.m (아이엠) - bust it
- lirik lagu van panther - no seasons
- lirik lagu alien nosejob - stories of love
- lirik lagu manzo (fr) - introduction