lirik lagu badclause music - danışan mahnılar
[bənd 1]
zaman düşübsə arxanca, qaç, tələs onda
içində yox kin, yox kimləsə əvəz~əvəz olmaq
anlamayanları geridə qoy, onlarla tələf olma
beynin al uçuş rejiminə, dayanmırsa telefonlar
ondan zəng, bundan zəng
görürsən ucsuz~bucaqsız özünü, onları sədd
cümlələrin sevgidən, qucaqlar aç, qollar sər
bir vaxt əvəzsiz deyildin, indi bütün yollar sən
danışsın mahnılar bizi, aid~dən “hekayəm”
paster~dən “megabaytlarla”, xan~dan “od və su”
və təbii ki, oka~dan “axtarma”, gözləmədiyim anda gəl
saralsın ağaclarım, yağasan yarpaqlarına
bir dəfə sən oldun elə, olmadı day da bənzərin
fikrimdə rəsm edirdi içdikcə badələr səni
gecənin vaxtı yuxuma qatırdım o radələr səni
o qədər gözlədim, amma sən də axır~əvvəl gəlmədin
[nəqərat]
çıxacam günə haçan?
dar otaq içində intihar yox, dözüm olacam
tək nəfərlik qumar masasındayam
udan da mənəm, uduzan da özüməm, qısaca
bilmirəm ki, neçə qəlbin intizarıyam
yanacam öz ocağımda, yox ikinci variant
bir vaxtlar gözündə heç kim idim, indi hamıyam
dualar etdim ki, çatım bir pillə yuxarıya
çıxacam günə haçan?
dar otaq içində intihar yox, dözüm olacam
tək nəfərlik qumar masasındayam
udan da mənəm, uduzan da özüməm, qısaca
bilmirəm ki, neçə qəlbin intizarıyam
yanacam öz ocağımda, yox ikinci variant
bir vaxtlar gözündə heç kim idim, indi hamıyam
dualar etdim ki, çatım bir pillə yuxarıya
[bənd 2]
şahin özü yaxşı bilir, düşmənlərim kim, dostlarım kimdir
hər nə desən, ərkindir
artıq ağıl başda, əvvəlkindən daha səbirliyəm
ən az mən yaşda olduğun vaxtlardakı qədər təmkinli
bir az da özümdən uzaq, nə qədər əl uzat, özgə mövzu~zad
açığı yordu fikrimi, yaxşı ki, təkəm bu saat
səs~küy içində sükutumla dünya yaratdım
özümü qovdum o dünyadan və çox təəssüf
indi insanlar içində məhbusam
pərdələr açılır…
elə bil, bircə~bircə çıxır köhnə səhifələr acığın
yanımda dostlar, yanımda ailəm
heç kim taxtdan endirə bilməz, uzağı tərpədər tacımı
dəyişməmişəm sanırdım, o vaxt nə idim, hələ də oyam
söz~söhbətləri bir tərəfə qoyaq
demirəm unudaq hər şeyi, demirəm başdan başlayaq
arada əlaqə qalsın, həmişəlik sağollaşmayaq
[nəqərat]
çıxacam günə haçan?
dar otaq içində intihar yox, dözüm olacam
tək nəfərlik qumar masasındayam
udan da mənəm, uduzan da özüməm, qısaca
bilmirəm ki, neçə qəlbin intizarıyam
yanacam öz ocağımda, yox ikinci variant
bir vaxtlar gözündə heç kim idim, indi hamıyam
dualar etdim ki, çatım bir pillə yuxarıya
çıxacam günə haçan?
dar otaq içində intihar yox, dözüm olacam
tək nəfərlik qumar masasındayam
udan da mənəm, uduzan da özüməm, qısaca
bilmirəm ki, neçə qəlbin intizarıyam
yanacam öz ocağımda, yox ikinci variant
bir vaxtlar gözündə heç kim idim, indi hamıyam
dualar etdim ki, çatım bir pillə yuxarıya
Lirik lagu lainnya:
- lirik lagu el virtual - sourrr!
- lirik lagu 葉弥 (yayo) - lil chase disstrack
- lirik lagu los acosta - niña olvidada (versión 30 pegaditas)
- lirik lagu binkyz - two sided
- lirik lagu saraunh0ly - wutzdapoint
- lirik lagu dream theater - night terror (radio edit)
- lirik lagu mercurii - 3k
- lirik lagu dxniel - pídeme (prod by jeicob daniel)
- lirik lagu shybalenci - kobe
- lirik lagu klenxsex - meow-meow