lirik.web.id
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

lirik lagu badclause music - dəlidən qaçış

Loading...

[bənd]
qaçıram dəlixanadan, özüm kimilər ardımca gəlir
beyində travmalar, hər dostum satdıqca məni
və indi yandıqca əlim, uzada bilmirəm sənə
tökülür bədənin hər qəlpəsi, keçdiyim küçələrə

bu anda palatadan bir səs gəlir ki, gəl dalımca
izləyir beldə tapanca məni kimsə, yolumu tapınca
və mən də təngənəfəs, qanım donur, fikir ağırlaşır
önümdə son bir döngə qalıb, yol qapıya yaxınlaşır

divarla vidalaşır, bir neçə dost azaqlıq üçün
onlar canını dişinə taxıb qaçır, sağ qalmaq üçün
haqqsızlıq nə üçün? nədir bəs səbəb üsyan üçün?
yaşamaq ayrı şeydir, ölmək eyni dustaq üçün

indi isə intiqam üçün düşürəm yollara sənsiz
əlimdə bir tapanca, girirəm gecə kəndə xəbərsiz
tanımadığım yad kimsələrə edirəm hərəkət ədəbsiz
dolur qəpik~quruşla pul qabım və əməlim hədəfsiz

sonunda yola davam və dəyişir hər şey istiqamətin
bu istiqanlı qaqaş pozur əsayiş icmaiyyətin
oğurluq. özgə evinə tamah salır, həminki dostlar
durubdur postda biri və gözləyir ki, kimsə gələn olar
dolu qır~qızılla torba, yamyaşıl bir neçə dollar
burdakı hər hərəkət və hər məqam sərt poliqondan
balkonda postda duran planet isə çıxır öz oxundan
görünür pəncərədən miqalka, düşür otağa limonka

hər tərəf darmadağın, yığışdırıb qaçırıq hər şeyi
məhlənin tinlərində irəliləyirik bir nəfər kimi
bu həyat maratonunda içdə qorxu gəlir tanış
bilinmir ki, polisdəndir yoxsa dəlidən bu qaçış…


Lirik lagu lainnya:

LIRIK YANG LAGI HITS MINGGU INI

Loading...