lirik.web.id
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

lirik lagu badclause music - bayatılar (solo)

Loading...

[bənd 1]
yadda saxla bu mətni, şairdən əmanətdir
yazaram hər cümləyə əzabların rəvayətini
hər gecə dualarıma zülmətin əşharı gəlir
sağollaşanda gün batdı ~ eşq əhlinə qiyamətdir

könlümü vermişdim mən, bilərək ziyan etdin
sən mənim səhram idin, qum dənəsi də ziyafətdir
mənə bir addım atmadın ki, gözləyim ziyarətini
və pak olan ruhun öldü, xəyallarım ziyarətdir

dağıldı qəlbim, ya rəbb, bu ədalətmi?
nəfəsini çək üstümə, qoy deyim ki, təbabətdir
canımda bir can var, o da qayət nəzafətli
səni qoruyan qollarım da dəyanətimə əlamətdir

etdiyim inabətim tək şərti də ədavətdir
şeirimə səni yazmaq utanc deyil, ləyaqətdir
əğyarın ruhu təmiz deyil, qəlbi şərarətdir
yaraşmır sənə … bu nə cür rəzalətdir?!

yad evə gəlin oldun, bərəkallah! bəşarətdir
üzündə təbəssüm var, bu səndə nə cürətdir?
sevinclə başlayan eşqin sonu, bax xüsumətdir
aman allah, inana bilmirəm, bu qız ki, müsibətdir!
bu sevgi qorxaqlıq deyil, inan cəsarətdir
nəyinə gərək şah sarayları, şeirlər imarətdir
mübariz, o gözəl yar özgəyəmi qismətdir?
axı onu öpmək günahdır, qucağlamağ cinayətdir

yaz, şair, sən yaz, düşünmə kifayətdir
o qədər sevmişəm ki, indi çəkir xəcalətini
bağışlaram dönsə, var üstümdə vəfa ətri
mən boyda dahinin bir qıza ölməyi cəhalətdir

qazandırma bəraətini, bəyatım ibadətdir
bəlkə də zaman sonda göstərəcək məharətini
onu incitməyin, o xəstəliyimə şəfa gətirir
ölsəm əgər mənim əvəzimə ver kəlimeyi şəhadətimi

[nəqərat]
bu dağda mənəm sənsiz, dağı enmərəm sənsiz
harda eşqin ahu mələsə, bil ki, mənəm sənsiz
bağa girmərəm sənsiz, gülü dərmərəm sənsiz
desələr şair ölüb, o şair mənəm sənsiz

bu dağda mənəm sənsiz, dağı enmərəm sənsiz
harda eşqin ahu mələsə, bil ki, mənəm sənsiz
bağa girmərəm sənsiz, gülü dərmərəm sənsiz
desələr şair ölüb, o şair mənəm sənsiz


Lirik lagu lainnya:

LIRIK YANG LAGI HITS MINGGU INI

Loading...