lirik lagu aygün kazımova - yarımdı o
(bənd)
gəldi zəif nöqtəmi tutdu
ruhumu əzbərlədi sevgi
qəlbimi təmkinlə ovutdu
köksümü xəncərlədi sevgi
(nəqarət)
o bunu bildi bilmədi yarımdı o
üzümə güldü gülmədi yarımdı o
mən onu həyatım boyu gözləyəcəyəm
yanıma gəldi gəlmədi yarımdı o
o məni atdı atmadı yarımdı o
xəbəri çatdı çatmadı yarımdı o
söz verib artıq mənə yar olmağa
sözünü tutdu tutmadı yarımdı o
(bənd)
mən hara getsəmdə o getməz
ətrini ismarladı sevgi
onu axı heç kim əvəz etməz
hər dəfə təkrarladı sevgi
aygünü heç kim əvəz etməz
hər dəfə təkrarladı sevgi
(nəqarət)
o bunu bildi bilmədi yarımdı o
üzümə güldü gülmədi yarımdı o
mən onu həyatım boyu gözləyəcəyəm
yanıma gəldi gəlmədi yarımdı o
o məni atdı atmadı yarımdı o
xəbəri çatdı çatmadı yarımdı o
söz verib artıq mənə yar olmağa
sözünü tutdu tutmadı yarımdı o
ruhuma bir can kimi lazımdı o
xəyalıma ünvan kimi lazımdı o
mən axı onsuz gecələr boğuluram
nəfəsimə dərman kimi lazımdı o
Lirik lagu lainnya:
- lirik lagu veetti - campeggio
- lirik lagu sewerperson - pewpewpew
- lirik lagu green druid - end of men
- lirik lagu zkr - freestyle dlm
- lirik lagu gamblers mark - long summer
- lirik lagu jay cinema - situations
- lirik lagu allan delure - ain't no more tears
- lirik lagu outsider (irl) - samhain soon
- lirik lagu guleed - atm
- lirik lagu beau corbeau - house of mirrors