lirik.web.id
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

lirik lagu aygün bəylər – söz qanan ola (canlı ifa)

Loading...

[giriş]
neçə müddətdir, əsirəm, həsrətəm cananə mən
nola, bu qəmxanədən axır çıxam bir yanə mən
məskənim künci~qəfəsdir binəva bülbül kimi
layiqi~zindan deyildim, düşmüşəm zindanə mən
ey vəfalı aşınalar, ey vəfalı aşınalar, pis günümdür, bir gəlin
bir qəribəm, acizəm, düşdüm nahaq böhtanə mən
vəfasız olmazdı alim, vəfasız olmazdı alim
qeyrilər öyrətdilər mərd ölüm xoşdur
mərd ölüm xoşdur…
gədayə getmərəm dərmanə mən, a balam
aman, aman… aman, ay dad… aman… ey…

[bənd 1]
can qurban eyləsən, layiqdir, layiq
bir yar ki, mən sevsəm, söz qanan ola
can qurban eyləsən, layiqdir, layiq
bir yar ki, mən sevsəm, söz qanan ola

qaş ilə, göz ilə işarət qana
işarə qana…
özünə deməmiş söz qanan ola
özünə deməmiş söz qanan ola

[nəqərat]
canım qurban olsun o əhli dilə, o əhli dilə…
qaşların oynada, gözündən gülə, gözündən gülə…
dilin tərpənməmiş dərdini bilə, dərdini bilə
özünə deməmiş, söz qanan ola
özünə deməmiş, söz qanan ola
yar özünə deməmiş, söz qanan ola
özünə deməmiş, söz qanan ola
[bənd 2]
ələsgər söyləyə söz müxtəsərin
ağlı kamil ola, kamalı dərin
ələsgər söyləyə söz müxtəsərin
ağlı kamil ola, kamalı dərin

hamı bir ağızdan deyə “afərin”
deyə ‘’afərin’’…
istəsə, məclisdə yüz qanan ola
istəsə, məclisdə yüz qanan ola

[nəqərat]
canım qurban olsun o əhli dilə, o əhli dilə…
qaşların oynada, gözündən gülə, gözündən gülə…
dilin tərpənməmiş dərdini bilə, dərdini bilə
özünə deməmiş, söz qanan ola
özünə deməmiş, söz qanan ola
yar özünə deməmiş, söz qanan ola
özünə deməmiş, söz qanan ola…
söz qanan ola…


Lirik lagu lainnya:

LIRIK YANG LAGI HITS MINGGU INI

Loading...