
lirik lagu aygün bəylər - neyləyim (canlı ifa)
[giriş]
alagözlüm, səndən ayrı gecələr
bir il kimi uzun olur, neyləyim?
bağçamızda qızılgüllər hər səhər
tezdən açır, vaxtsız solur, neyləyim?
bağçamızda qızılgüllər hər səhər
tezdən açır, vaxtsız solur, neyləyim?
[bənd 1]
tez gələsən, bəlkə əlac verəsən
sünbüllərin saçın yığıb hörəsən
çiçəkləri gəlib özün dərəsən
yolda qalıb baxışlarım, neyləyim?
çiçəkləri gəlib özün dərəsən
yolda qalıb baxışlarım, neyləyim?
[nəqərat]
çiçəklərin çəkir gözü intizar
ayrılıqdan betər dünyada nə var?
çiçəklərin çəkir gözü intizar
ayrılıqdan betər dünyada nə var?
yaz axşamı səni, bil ki, bu nigar
həzin~həzin yada salır, neyləyim?
yaz axşamı səni, bil ki, bu nigar
həzin~həzin yada salır, neyləyim?
ay, həzin~həzin yada salır, neyləyim?
[çıxış]
alagözlüm, səndən ayrı gecələr…
Lirik lagu lainnya:
- lirik lagu khari the producer - sega genesis
- lirik lagu intelligent music project - believe in love
- lirik lagu claudio monteverdi - m'è piú dolce il penar per amarilli
- lirik lagu siddhu sp - mere khuda
- lirik lagu urltv - fonz vs. mackk myron
- lirik lagu elm creek rd - define bad choice
- lirik lagu diana & the treasures - love connection
- lirik lagu fluksa - фармацевтика (pharmaceuticals)
- lirik lagu naibafva - peace zeichen
- lirik lagu aufmischen & maurice conrad - instagram dm