lirik lagu aslixan - qara bulud
[bənd 1] [aslixan]
olsamda sənə aid, amma
ola bilmirəm hələ sənə layiq
alınmır, mənimki gətirmir burda, axı
burdakı bir tərəzi də ölçülür pulla
buna görə pozular kefim
de, nə vaxtsa çıxarıqmı bunların heyfini?
məncə yox, tükədib bitirirlər məni
sevsə də nə qədər gəncə çox
dəyişmişəm, amma geymim eynidir
bu ritmim dəyişsə də, deyimim eyni
boş “fame”i neyləyim, hamı eyni~eyni
belə neyləsəm də hamı deyinir eyni
düşün, təssəvvür et ki, mənim
təsəlim sənsən bu əsəbimə, yenə
bəzənib gəl, bir gəzərik həm, belə
məzəli rəng qat bu əsərimə
[nəqərat] [rinat]
qara bulud göylərim, mən
orda günəş, ay görmədim, amma
düşünmürəm yolu dönməyi ki
bir sən varsan, mənə hər şey boş
bir sən gəl…
hamı getsin, hamı getsin, bir sən gəl
qalaq ikimiz, sən və mən…
[bənd 2] [aslixan]
depressiya, düşüm hərdən dibə
axı qeybətim gəzir hər dildən dilə
sol qulağım yanırdı eşidirdim ki, mən
necə olub partlayıb bu birdən~birə, amma
görmürdü heç kim on il əziyyətimi və
kim nə bilir çətin, ağır vəziyyətimi
illərlə şahiddir mikrofonum ki, neçə
tutarlı “punch”larım itbat olub, hələ
minnətləri heç daşımaq olmur
kim yaxşılıq edib sonra başıma vurur
qohum da şər atar, narkomanam, amma
bilmir ki, sənsən tək marixuanam
burdan tez ol qaçaq, bir də
qapısını bağla evin, götür açarını
görən uçur haçan bizim təyyarəmiz
ki, minib, gözləri yumub, gedib orda açarıq…
[nəqərat] [rinat]
qara bulud göylərim, mən
orda günəş, ay görmədim, amma
düşünmürəm yolu dönməyi ki
bir sən varsan, mənə hər şey boş
bir sən gəl…
hamı getsin, hamı getsin, bir sən gəl
qalaq ikimiz, sən və mən…
Lirik lagu lainnya:
- lirik lagu amalee - black rover
- lirik lagu thalía - feliz navidad
- lirik lagu slechtvalk - black raven dead
- lirik lagu kc rebell & summer cem - down
- lirik lagu steaksauce mustache - balls deep in spiders
- lirik lagu koli gustine - high man vibes
- lirik lagu happy asmara - opo salahku
- lirik lagu ricquee - holding my breath
- lirik lagu shakra - chains of temptation
- lirik lagu omega - ballada a fegyverkovács fiáról