lirik.web.id
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

lirik lagu anar nağılbaz - bu nömrəyə zəng çatmır (explicit)

Loading...

[giriş]
bu nömrəyə zəng çatmır
bu nömrəyə zəng çatmır
paxılam, hər şeydə hamıya paxıllığım tutur
bu nömrəyə zəng çatmır
bilən olmasa da, sifətim budur
bu nömrəyə zəng çatmır

[bənd 1]
ildırım, zəlzələ, vulkan, tufan
tanrının etdiyi hər cürə divan
hər gün minlərlə ölüm, məzar daşları
dənizlər qədər göz yaşları
nə qorxudur, çəkindirir adamı
nə bəndə düşünür, nə də yaradanı
o qədər əyilib bu cəmiyyətə
bələyib hər əmələ, hər əziyyətə

anası, bacısı, allahı pul adamlar gəzir igidlər kimi
yazılacaq, yazılacaq, yazılacaq adları itlər kimi
çoxdur kütlər itlər içində, itlər kütlər içində
cibi boş, başı dolu dilənir əli açıq
başıboş, cibi dolu dolanır götü açıq

“беспредел” alıbdır gör bütün şəhəri
adamlar qorxa~qorxa açırlar səhəri
cücələr bir gündə toyuq olurlar
kişilər get~gedə hamısı petux olurlar
nə ana bilirlər, nə ata bilirlər
nə qana bilirlər, nə onlara bata bilirlər
həyat olubdur mürəkkəb, qrafik
demokratik, çox p~rnoqrafik
tarix boyu həmişə var bir nömrəli ölkə
azərbaycan yüzüncü, minincidir, bəlkə
kim özünü göstərsə də tarixi cayıl
bir dənə olub o adda şah ismayıl
çox illər keçəcək, on illər, bəlkə də
yüz illər, bəlkə də, min illər, bəlkə də
qeyrət, məhəbbət, dostluq, şücaət
hərəkət, bərəkət bilinən bir ölkə də
bəlkə də, o zaman doğular bir uşaq
həm ağıllı, həm cayıl bir padşah
bütün bu arzuları o bir gün bəhr edər
millət daima onunla fəxr edər

bu gün hamı özünü cayıl göstərir
xalq bilmir, kimlərə meyl göstərir
reklamdır onları qaldıran gözdə
işdə noldurlar, guruldayırlar sözdə
dostlar, razılaşın siz də onlarla
xalqa xidmət edin böyük arzularla
giclikdə birinci getmişik qabağa
vururuq bir~birimizi, kim çıxar sabaha

dostlar, razılaşın siz də onlarla
xalqa xidmət edin böyük arzularla
çatmaq üçün sabaha düz iş görginən
beş, on, iyirmi, yüz iş görginən
kəllə sındırırıq, daşı deşə bilmirik
nə baş verir, başa düşə bilmirik
həyat olubdur mürəkkəb, qrafik
demokratik, çox p~rnoqrafik
[keçid]
ildırım, zəlzələ, vulkan, tufan
tanrının etdiyi hər cürə divan
hər gün minlərlə ölüm, məzar daşları
dənizlər qədər göz yaşları

[nəqərat]
bu nömrəyə zəng çatmır
kim var telefonun içində?
bu nömrəyə zəng çatmır
yoxdur şəbəkə, şəbəkə
bu nömrəyə zəng çatmır
hamı şəbəkə xaricində
bu nömrəyə zəng çatmır
fəlakət, fəlakət
bu nömrəyə zəng çatmır

kim var telefonun içində?
bu nömrəyə zəng çatmır
yoxdur şəbəkə, şəbəkə
bu nömrəyə zəng çatmır
hamı şəbəkə xaricində
bu nömrəyə zəng çatmır
fəlakət, fəlakət

[bənd 2]
paxılam, hər şeydə hamıya paxıllığım tutur
bilən olmasa da, sifətim budur
körpəyə paxıllıq edirəm, dərd~qəm ondan qaçaq
mən yaşa dolanda o hələ gənc olacaq
qızlara paxıllıq edirəm, xüsusən bu millətdir
onlardan tələb olunan təkcə məhəbbətdir
arzularıma paxıllıq edirəm, açsalar da eynimi
özləri ağrı bilmir, ağrıdırlar beynimi
sözlərimə paxıllıq edirəm bir başqası oxuyanda
başa düşüb yananda, öz sözütək duyanda
qocalara paxıllıq edirəm, son günlərinə az qalıb
pis~yaxşı yaşayıblar, bizə çəkməyə naz qalıb
quşa paxıllıq edirəm, öz qanadı ilə uçur
qartal, sərçə, fərqi yox, öz adı ilə uçur
allaha paxıllıq edirəm, sevgilisi mələklərdir
gizləndiyi məkanlar səmadır, ürəklərdir
yaratdıqlarıma paxıllıq edirəm, mən öləcəm, qalacaq
bəlkə, yüz illər sonra yaşayacaq, olacaq
sözə paxıllıq edirəm, ən böyük möcüzədir
bizdən yadigar qala bilər, həm yazılanlar bizədir

(bu nömrəyə zəng çatmır)
(bu nömrəyə zəng çatmır)

[keçid]
tarix boyu həmişə var bir nömrəli ölkə
azərbaycan yüzüncü, minincidir, bəlkə
kim özünü göstərsə də tarixi cayıl
bir dənə olub o adda şah ismayıl
çox illər keçəcək, on illər, bəlkə də
yüz illər, bəlkə də, min illər, bəlkə də

[nəqərat]
bu nömrəyə zəng çatmır
kim var telefonun içində?
bu nömrəyə zəng çatmır
yoxdur şəbəkə, şəbəkə
bu nömrəyə zəng çatmır
hamı şəbəkə xaricində
bu nömrəyə zəng çatmır
fəlakət, fəlakət
bu nömrəyə zəng çatmır

kim var telefonun içində?
bu nömrəyə zəng çatmır
yoxdur şəbəkə, şəbəkə
bu nömrəyə zəng çatmır
hamı şəbəkə xaricində
bu nömrəyə zəng çatmır
fəlakət, fəlakət
bu nömrəyə zəng çatmır
bu nömrəyə zəng çatmır


Lirik lagu lainnya:

LIRIK YANG LAGI HITS MINGGU INI

Loading...