lirik lagu ali ashikar - yaz yağışları
[bənd 1]
kəpənək qədər ömrü qalıb onun
ömrümü vermək ovuclarımdan
istəmədən onu əzmişəm içində
görmüşəm ki, bütün ovuclarım qan
yenə bir cana qıyarkən oldum qatil
peşmanam, özüməm düşmən
rahat olmadı vicdan bir gün
qurtula bilmədi günahlarından
məni bağışla, bəlkə də, gördüyün
ən pis adamlardan elə biri mənəm
məni bağışla sevgimə görə
heyif, öyrədə bilmədi getməyi biri mənə
məni bağışla hər şeyə görə
necə zindan etdi sənə hər keçən ili yenə
məni bağışla, qismət belə idi
olmadı görmək səninlə sonu mənə
buz dağlara dönmüş ürəklər
yaralar qabıq hamısı kürəkdə
kimlər məni sevmiş ürəkdən
kimlər yerə vurmuş ürəklə
kəpənək qonaq oldu ürəyimə
çatmış kimi arzu~diləyinə
“3 gün mənə bəsdir”,~demək nə?!
mən bir ömür səni sevdim ürəklə
[nəqərat]
yaz yağışları ilə getmisən
işdir, dönmək istəsən geriyə
gözlərəm səni
yerimi bilmək istəsən
səslə, səslərəm səni
yetər ki, uçma ovuclarımdan
və getmə, burada qal
yaz yağışları ilə getmisən
işdir, dönmək istəsən geriyə
gözlərəm səni
yerimi bilmək istəsən
səslə, səslərəm səni
yetər ki, uçma ovuclarımdan
və getmə, burada qal
[bənd 2]
“getmə, qal mənlə”,~demək çətin
daha qalmayıb ürəkdə bir həvəs
çünki getdin, arzular sənlə getdi
necə sevilən rəqəmlər oldu nəs
döndü tərs dünyamız bu sevgidən
içində biz, bir də ki dar qəfəs
bir nəfəs qədər yaxın ölüm baxır
həyat paxıl, anla ki, yaş əbəs
bil ki, bir gün yerimizi dolduran insanlar
bizə sərt gülüb keçər
gün gələr, çarxı dönər bu fələyin
anlayarsan ki, gün keçib heçə
hər kəs bunu belə bilsin
fərqi yoxdur ki, bil, saat neçə
olursa, olsun, mən gələcəm sənə
yolunda əngəli almadan vecə
[nəqərat]
yaz yağışları ilə getmisən
işdir, dönmək istəsən geriyə
gözlərəm səni
yerimi bilmək istəsən
səslə, səslərəm səni
yetər ki, uçma ovuclarımdan
və getmə, burada qal
Lirik lagu lainnya:
- lirik lagu l0ck3t - maniac
- lirik lagu iamzatoichi - devil may cry
- lirik lagu jaze cinema - not the end
- lirik lagu rebaph - drowning
- lirik lagu christina-rae kingston - kiss me like a lie
- lirik lagu $ludgehammer - on deck x next hype
- lirik lagu lilie nutella - slimyyy pussy
- lirik lagu yeat - pull up
- lirik lagu airspace official - who do i have left to turn to?
- lirik lagu lizzy berry - dogman