lirik lagu ali ashikar - sənə məktub yazıram
[bənd 1]
sənə məktub yazıram
yolun düşsə, bir də gəl bu dünyaya
səni mənsiz qoyma ki
düşmən olmayım hər iki dünyaya
hər dəfə olduğu kimi
mən qərq oluram yenə tərki~dünyaya
bu qədər çirkabın içində
çox yaraşırdın sən ki dünyaya
sənə məktub yazıram
elə düşmüşəm ki haradasa dibdən
sözüm ünvana çatacaq
asılı qalanda mən hansısa ipdən
dualar qaytaracaq səni
bəlkə də, etdiyim hər hansı qibtə
səsim ucaltsın deyədir
ruhunu göylərə edirəm diktə
sənə məktub yazıram
içində hər söz, cümləni seçərək
hər vergülü düşünüb
nöqtəni qoyuram yolları keçərək
sənə çatmalı idi məktub
axı yox idi başqa bir seçənək
sənsiz duz yoxdur bu süfrədə
dad vermir daha nə çörək
sənə məktub yazıram
köhnə eyvanın pəncərəsində
yenə qeyb olur üzün
yazının sonuncu mərhələsində
şəhərin səs~küyündə axtarıram
səni incə səsindən
yenə köhnə məhəllədə
binanın onuncu mərtəbəsində
[nəqərat]
sənə məktub yazıram, göndərirəm onu
düşür hər dəfə amma yad əlinə
yenə yad əlinə, əlinə
səni görmək üçün nə qədər yol gəldim
görmədim, amma ki
yad əlinə toxunur, yad əlinə
sənə məktub yazıram, göndərirəm onu
düşür hər dəfə amma yad əlinə
yenə yad əlinə, əlinə
səni görmək üçün nə qədər yol gəldim
görmədim, amma ki
yad əlinə toxunur, yad əlinə
[bənd 2]
sənə məktub yazıram
bir gecə gedərək səni tək qoymadan öncə
sənsizlik yarım qalxmaq kimidir
əzizim, masadan doymadan öncə
getmək lazım bu şəhərdən
qış gəlmədən əvvəl, quşlar köçməmiş hələ
havalar lap soyumadan öncə
(soyumadan öncə)
sənə məktub yazıram
yazıram arada, yadına sal məni hərdən
heç kəs qaldıra bilməz səndən sonra
təəssüf, daha məni yerdən
sənə məktub yazıram
oxuyarsan yorulanda naməmi hərdən
büküldü kürəyim, qurban elədim
gəncliyi illərə, qaməti dərdə
sənə məktub yazıram
yazıram, gözləmə məni, gözləmə, gəlim
bax yoluna, bir ömür həmənki limanda
dayanıb gözləmə gəmi
qayıtsam, olmayacaq axı bir daha
baxışım, duruşum, gözlərim həmin
o köhnə balkonun dəmirlərindən
baxaraq yollara gözləmə məni
sənə məktub yazıram
2007~nin o qarlı yanvar ayından
sonunda həyat öyrətdi bizə
allah ayırmasa, yollar ayırmaz
ümidlər ölür, sevgilər ölür
hər şey sonunda səninlə bir ölür
görmək, sevmək səni bir saniyədə
yazmaq səni bir ömür
[nəqərat]
sənə məktub yazıram, göndərirəm onu
düşür hər dəfə amma yad əlinə
yenə yad əlinə, əlinə
səni görmək üçün nə qədər yol gəldim
görmədim, amma ki
yad əlinə toxunur, yad əlinə
sənə məktub yazıram, göndərirəm onu
düşür hər dəfə amma yad əlinə
yenə yad əlinə, əlinə
səni görmək üçün nə qədər yol gəldim
görmədim, amma ki
yad əlinə toxunur, yad əlinə
Lirik lagu lainnya:
- lirik lagu kureiji ollie - kureiji for you
- lirik lagu daniel knox - never baby
- lirik lagu tom siletto - jesus in a baby tee
- lirik lagu los terrícolas - amores prohibidios
- lirik lagu banda calypso - agora chora (ao vivo em caruaru)
- lirik lagu savio di maio - guido brunini
- lirik lagu rene la taupe - bonjour
- lirik lagu marts (chl) - con fe
- lirik lagu indhira rey - shadow work
- lirik lagu killingflxsh - грабли