lirik.web.id
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

lirik lagu ali ashikar - ilişmişəm keçmişimdə

Loading...

[bənd 1]
ilişmişəm keçmişimdə
bir yerə çatmaqçün, anladım ki, heçmiş illər
hər anı dolu yaşamaq üçün, bəlkə də, zamanım az
bilmirəm, sağ qalacam, ya öləcəm mən yetmişimdə

ömürdən ömür gedir, bilinmir heç qədir~dəyər
sevgini azaltmışam çox sevəndə gedir deyə
hər şeyi at qırağa, küsmə mənlə, qədrimi bil
özün də çəkmə əzab, görsən əgər, qəbirdəyəm

həyatdan aldığım həzz almadığımla eynidir sonunda
getmir heç nə yolunda
zəif~güclü fərqi yoxdur, həyat sanki qumardır
ən güclü olduğun halda atılmaqdır oyundan

çəkilməkdir yolundan bu məhəbbətin
ailənə bir söz demədən tərk eləmək məmləkəti
yox idi səhvim, inan, sevmək idi qəbahətim
bağışla, varsa bir az mərhəmətin

[nəqərat]
bir dənizdə ilana sarılmaqdır həyat
doğru sanıb sonra yanılmaqdır həyat
boş limanda tənha yorulmaqdır həyat
evə gedib və anana sarılmaqdır həyat
bir dənizdə ilana sarılmaqdır həyat
doğru sanıb sonra yanılmaqdır həyat
boş limanda tənha yorulmaqdır həyat
evə gedib və anana sarılmaqdır həyat

[bənd 2]
səninçün yazdığım bu mahnılar bax özgələrinə ümid olur
dilim susardı, bəlkə onda bağlasaydı kilid onu
ürəyin zindanında tapılmışdı igid ölü
sən, soruşsalar, deyərsən ki, mənə görə şəhid olub

və sevdiyim qədər sevilmədim, bu, ən birinci dərs
sevdiyim ən çox gözündür, ikinci səs
elə getdin, görmədim ikinci kəs
üzdüm əlimi hər şeydən, çün üçüncü bəs

əbəs gedirdi illərim, bu yol sonunda dinlənib düşündüm
hisslərimiz bəlkə burada kirlənib
zəhərlənib bütün bədən və mən qocalmışam
heyif ki, cavanlığım badına getdi kimlərin

və çox yorulmuşam, inan ki, əməklərimin hamısı boşa
getdi, mənim həyatımı vurdu daşa, çıxdı başa
ashikaram, düşməmişdi zərimə qoşa
qayalara çırpınan dəniz gözlərinlə kaş qovuşa
[nəqərat]
bir dənizdə ilana sarılmaqdır həyat
doğru sanıb sonra yanılmaqdır həyat
boş limanda tənha yorulmaqdır həyat
evə gedib və anana sarılmaqdır həyat

bir dənizdə ilana sarılmaqdır həyat
doğru sanıb sonra yanılmaqdır həyat
boş limanda tənha yorulmaqdır həyat
evə gedib və anana sarılmaqdır həyat


Lirik lagu lainnya:

LIRIK YANG LAGI HITS MINGGU INI

Loading...