lirik.web.id
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

lirik lagu ali ashikar - gecə

Loading...

[bənd 1: hasan badalbayli]
bir gün gələr, sən də anlarsan məni
“unutmuşam” deyib, keçdiyin sirləri
sən qaranlığıma doğan günəşimdin mənim
sən edəcəyim ən düzgün səhvimdin mənim

çəkdiyin hər bir dərd yaşa doldurar insanı
mən qocaldım, bəlkə də ölmüşəm, nə mənası?
etdiyin hər bir səhv, əfv etməz vicdanı
indi həyat qaytarsın məndən bütün aldıqlarını

[nəqərat: hasan badalbayli]
baxdığım ən gözəl film idin, sonun ağlatdı
nə idi günahım? məni özünə bağladın
son görüşdə gözlərində gözlərimi axtardım
tapmadım, gözlərinə bir söz keçir, elə baxmasın

baxdığım ən gözəl film idin, sonun ağlatdı
nə idi günahım? məni özünə bağladın
son görüşdə gözlərində gözlərimi axtardım
tapmadım, gözlərinə bir söz keçir, elə baxmasın

[bənd 2: ali ashikar]
nə mən əvvəlkitək yadam, nə doğmayam sənə
elə bir haldasan, nə mən, nə özgə dəva könlünə
nə sən əvvəlkitək gözəl, nə özəlsən mənə
elə bir haldayam nə sevər, nə dözərsən mənə
ayrılıq… necə pis səslənir
dilimə yaraşmır heç söyləmək bu kəlməni
amma nə etsək də, doğru olan tək şey var
nə mən sənin olacam, nə də ki, sən mənim

gecənin şərindənsə, sabahın səni yaxşı
necə olur ki, gözlərin susur, dilin yalan danışır?
yuxun yaman qarışıb, dolub gözlərin deyəsən
qapını açıq qoydum gecə, geri dönəcəksən deyə sən

elə bilirdim dünyada təksən
sən demə bir əksin də mənmişəm sənin
gördüyüm nə idi mənim səvgiyə bənzər?
elə bil, yuxuda gördüm oyaqkən səni

[nəqərat: hasan badalbayli]
baxdığım ən gözəl film idin, sonun ağlatdı
nə idi günahım? məni özünə bağladın
son görüşdə gözlərində gözlərimi axtardım
tapmadım, gözlərinə bir söz keçir, elə baxmasın

baxdığım ən gözəl film idin, sonun ağlatdı
nə idi günahım? məni özünə bağladın
son görüşdə gözlərində gözlərimi axtardım
tapmadım, gözlərinə bir söz keçir, elə baxmasın


Lirik lagu lainnya:

LIRIK YANG LAGI HITS MINGGU INI

Loading...