lirik.web.id
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

lirik lagu afti bard – mavi hovuz

Loading...

[giriş]
qış ötdü, keçdi
yayı salamla
bikefliyi gəl qoy qırağa
sən və mən bir mavi hovuz
axı, deyən, oğurladım fikrini

qış ötdü, keçdi
yayı salamla
bikefliyi gəl qoy qırağa
sən və mən bir mavi səma
axı, deyən, oğurladım fikrini ah!
[bənd 1]
rəssam, sevgilimin rəsmini gəl çək
sevgilim gözəldir, sən də gözəl çək
nazına çatanda fırçadan əl çək
qoy onun nazını özüm çəkim

çək onun qaradan qara telini
çək, rəssam, çək onun incə belini
gözünə çatanda saxla əlini
can alan gözünü özüm çəkim

[nəqərat]
bu yay bizim, canciyəzim
bu yay bizim, canciyəzim
bu yay, yay, yay bizim
(“мы тут”)

bu yay bizim, canciyəzim
bu yay bizim, canciyəzim
bu yay, yay, yay bizim
(“мы тут” bir balaca)

[bənd 2]
ürəyim adınla döyünür mənim
bəzədin ömrümün göyünü mənim
şeirim sətir~sətir öyünür mənim
sənin baxışınla əzizlənəndə
o gözün nuru ilə dünya göründü
oradan başladı yolumuz bizim
həmin təbəssümdür bəlkə də indi
ən böyük sərvətimiz hər birimizin?

[keçid]
bu haylı~küylü dünyada
ikimizə bir guşə toxu
sən və mən…

bu haylı~küylü dünyada
ikimizə bir guşə toxu
sən və mən…

[nəqərat]
qış ötdü, keçdi
yayı salamla
bikefliyi gəl qoy qırağa
sən və mən bir mavi səma
axı, deyən, oğurladım fikrini ah!

bu yay bizim, canciyəzim
bu yay bizim, canciyəzim
bu yay, yay, yay bizim
(“мы тут”)
bu yay bizim, canciyəzim
bu yay bizim, canciyəzim
bu yay, yay, yay bizim
(“мы тут” bir balaca)


Lirik lagu lainnya:

LIRIK YANG LAGI HITS MINGGU INI

Loading...